“AŞPA qətnaməsi beynəlxalq hüquq baxımından vacib addımdır”
Tarix: 26.11.2015 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


“Erməni lobbisi AŞPA Siyasi məsələlər komitəsinin Azərbaycan üzrə qətnaməsinin qəbul edilməməsi üçün bütün zəruri addımları atacaq”.
Bunu “Trend”ə Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı və Ermənistanın təcavüzü faktlarını Avropaya çatdırmalıdır: "AŞPA-nın Siyasi məsələlər komitəsinin Azərbaycan üzrə qətnaməsinin qəbul edilməsi beynəlxalq hüquq baxımından vacib addımdır". Millət vəkili qeyd edib ki, əgər belə qətnamələr yekun olaraq təsdiq edilməsə, Avropa üçün geriyə böyük addım, eləcə də beynəlxalq hüquqa və Avropa dəyərlərinə zərbə olacaq: "Avropanın çox uzağa gedərək Ermənistanı səsvermə hüququndan məhrum edəcəyini düşünmürəm. Avropadakı erməni lobbisinin həddən artıq təsir imkanları var". Qeyd edək ki, noyabrın 4-də AŞPA Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırmışdı. Bu barədə AŞPA-nın Siyasi məsələlər komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir. AŞPA, həmçinin Minsk prosesi çərçivəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info