Tikinti kooperativinin əməkdaşlarından külli miqdarda rüşvət alan Vergilər Nazirliyinin iki müfəttişi həbs olunub
Tarix: 15.02.2013 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Neftçi” mənzil-tikinti kooperativinin icraçı direktoru Səfərli Azər Rəşid oğlunun Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyinə daxil olmuş şikayət ərizəsi üzrə aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları müəyyən edildiyindən, toplanmış materiallar aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.
Vergilər Nazirliyinin İqtisadi Sahədə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin təmir-tikinti sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Kərimov Sultan Elxan oğlu və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyev Aydın Süleyman oğlu “Neftçi” mənzil-tikinti kooperativinin vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və aşkar edilmiş digər qanun pozuntularını ört-basdır etmək üçün 300 min manat məbləğində rüşvət istəyiblər. Onlar yanvarın 29-da həmin kooperativin icraçı direktoru Azər Səfərli və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər.
Baş Prokurorluğun və Vergilər Nazirliyinin mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda deyilir ki, S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115 min və 125 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.3-cü (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info