Kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasında yaranmış problem həll edilir
Tarix: 26.11.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə Dağıstan hökumətinin sədri Abdusamad Həmidov arasında kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemlə bağlı telefon danışığı olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib ki, tərəflər noyabrın 14-dən etibarən kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemi müzakirə ediblər.
"Dağıstan tərəfi problemin qısa zamanda həllini tapacağını bildirib. Eyni zamanda, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-da Dağıstana səfər edəcək. Səfər çərçivəsində bu kimi problemlərlə bir daha üzləşməməyin yolları müzakirə olunacaq", - deyə A. Əliyev qeyd edib. Kənd təsərrüfatı naziri Heydər Əsədov da bildirib ki, Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlə bağlı Baş nazirin birinci müavini Yaqub Eyyubovla rusiyalı həmkarı Dmitriy Rozoqin arasında telefon danışığı olub: “Biz bu məsələ ilə intensiv şəkildə, ayrı-ayrı nazirliklər və hökumət səviyyəsində məşğuluq. Bizdə olan məlumata görə, sərhəddə 140-dək vaqonun boşaldılmasında problem yaranıb. Problemin yaranmasına Azərbaycan tərəfi səbəb olmayıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovun yanında bu məsələ ilə bağlı toplantı olub. Yaqub Eyyubovla rusiyalı həmkarı Dmitriy Rozoqin arasında telefon danışığı olub. Dmitriy Roqozin də söz verdi ki, qısa müddət ərzində məsələ araşdırılacaq və öz müsbət həllini tapacaq”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info