Azərbaycan və Pakistan neft-qaz sahəsində birgə layihələr hazırlayacaq
Tarix: 26.11.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


SOCAR-ın prezidenti Rövnəq Abdullayev Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-dan verilən məlumata görə, R. Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulduğunu vurğulayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini bildirib. R. Abdullayev Azərbaycan neft-qaz sənayesinin tarixi, enerji strategiyası çərçivəsində əldə edilmiş son nailiyyətlər, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə qonaqlara məlumat verib. SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R. Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında ətraflı söz açıb. Ş. İmran-ül-Həqq Pakistanla Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Pakistan Dövlət Neft Şirkətinin əsas fəaliyyət istiqamətləri barədə həmkarını məlumatlandıran Ş. İmran-ül-Həqq SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını, birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcəklərini söyləyib. Görüşdə neft və qaz sənayesinin müxtəlif sahələri, habelə neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20.05.2019
Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq
20.05.2019
İdxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub
20.05.2019
Səudiyyə Ərəbistanı Kralı: “Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf arzu edirəm”
20.05.2019
Azərbaycan məhsulları dünyanın “xırdavat mallar paytaxtı“na ixrac ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info