Gənclər Təşkilatları Milli Şurasının sıralarında 112 gənclər təşkilatı birləşib
Tarix: 26.11.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis olunmasının 20-ci ildönümü münasibətilə qurumun XIII qurultayı keçirilib.
Tədbir çərçivəsində gənclər təşkilatlarının ikinci milli konqresi də keçirilib. Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, 200-dən çox gənclər təşkilatının nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər. ARGTMŞ-nin sədri Şahin Seyidzadə çıxış edərək Şuranın tarixi haqqında məlumat verib. Bildirilib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Şuranın sıralarında hazırda 112 gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir. Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu gün də bu qurum üçün prioritet istiqamətdir. O, ötən 20 ildə ARGTMŞ ilə fəal əməkdaşlıq edən dövlət və hökumət qurumlarına, üzv təşkilatlara minnətdarlığını bildirib. Gənclər və idman naziri Azad Rəhimov Şuranın XIII qurultayının əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, dövlət başçısının gənclərə diqqət və qayğısı nəticəsində ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilir, regionlarda Gənclər evləri, Gənclər Fondu və digər mühüm qurumlar fəaliyyətə başlayıb. Nazir bildirib ki, Gənclər və İdman Nazirliyi də öz fəaliyyətində ölkəmizdə gənclərlə işi əsas prioritet kimi görür və fəal gənclərin yetişdirilməsi üçün onların yerli və beynəlxalq platformalarda iştirakına şərait yaradır. Təqdirəlayiq haldır ki, Şuranın sıralarından bu gün mühüm dövlət vəzifələrində çalışan gənclər yetişiblər. ARGTMŞ ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə, - “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları və digər mötəbər yarışlarda fəal tərəfdaşlıq edib. Azad Rəhimov Şuranın beynəlxalq təcrübənin ölkə gəncləri tərəfindən öyrənilməsində fəal rolunu xüsusi qeyd edib, buna görə dərin minnətdarlığını bildirib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonio Broek çıxış edərək 20 illik yubiley münasibətilə BMT adından gənclər sahəsində yüksək xidmətinə görə Şuranın üzvlərini təbrik edib. Tədbirdə çıxış edən Vüsal Quliyev bildirib ki, Şura gənclər siyasətində bir brendə çevrilib. Ölkəmizdə çoxlu sayda gənclər təşkilatları, QHT-lər fəaliyyət göstərir. Bunlar arasında ARGTMŞ bu illər ərzində təşəbbüskarlığını, davamalılığını qoruyub saxlayıb. Şuranın timsalında Azərbaycan Avropa Gənclər Forumunda təmsil olunub. Bununla da Şura Azərbaycan gənclərinin Avropaya qoşulmasına töhfə verib. Prezident yanında Gənclər Fondunun prezidenti Fərhad Hacıyev bu təşkilatla uğurlu əməkdaşlıqdan danışıb. Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizin milli maraqlarının qorunmasında ARGTMŞ-a üzv olan gənclər təşkilatlarının rolundan söz açıb. Avropa Şurasının gənclər departamentinin rəhbəri Rui Qomeş qurumun gənclər sektorunun bir çox təbirlərinə ev sahibliyi etmiş ölkədə və ARGTMŞ-ın 20 illiyi yubileyində olmaqdan məmnunluğunu ifadə edib. Sonra ARGTMŞ-nin 1997-ci ildən üzvü olduğu Avropa Gənclər Forumunun prezidenti xanım Yohanna Nimanın təbrik məktubu oxunub. Digər çıxış edənlər də 20 il ərzində müxtəlif gənclər təşkilatlarını əlaqələndirən və gənc kadrlar yetişdirən Şuranı təbrik edib. Qeyd edilib ki, bu gün Şurada fəaliyyət göstərən və hazırda bir sıra dövlət qurumlarında işləyən insanlar var. Milli Məclisdə gənclərlə bağlı xüsusi komitənin - gənclər və idman komitəsinin yaradılması Azərbaycanda gənclər siyasətinə və gənclərə göstərilən diqqət və etimad kimi qiymətləndirilib. Bunun gənclər təşkilatlarına faydalı olacağı qeyd edilib. Sonra Şuranın ötən 20 il ərzindəki sədrləri və təşkilata dəstək olan qurum rəhbərləri təltif ediliblər. Daha sonra ikinci milli konqres keçirilib. Konqresdə gənclər təşkilatları üçün aktual mövzular, o cümlədən “Azərbaycanın gənclər siyasəti: Müasir çağırışlar və davamlı inkişaf” mövzusunda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. ARGTMŞ-yə üzv gənclər təşkilatlarının yığıncağı olub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info