“Azərbaycan islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqdir”
Tarix: 26.11.2015 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinlə görüşüb.
İdarənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə QMİ sədri A. Paşazadə Azərbaycanla nüfuzlu beynəlxalq təşkilat olan İSESKO arasında mövcud yüksək səviyyəli əlaqələrin inkişafından rəğbətlə danışıb. Bu işdə İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin şəxsi əməyinin olduğunu xüsusi vurğulayan QMİ sədri əlaqələrin dərinləşməsinin həm Azərbaycan, həm də bütün islam birliyi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Dini-mənəvi irsimizin qorunması yönündə gördüyü işlərə görə İSESKO rəhbərinə dərin minnətdarlığını bildirən şeyxülislam A. Paşazadə Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu qurumla səmərəli, məhsuldar əməkdaşlığının xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Azərbaycanda İSESKO xətti ilə keçirilən irimiqyaslı tədbirlərin bu istiqamətdə xüsusi önəm kəsb etdiyini bildirən A. Paşazadə əl-Tüveycrinin Azərbaycana hər gəlişində QMİ sədri ilə görüşməsini yüksək dəyərləndirib. Azərbaycandakı tolerantlığın xalqımız üçün həyat norması olduğunu bildirən şeyxülislam ölkəmizdə dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dini irsə dövlət səviyyəsində diqqət və qayğı barədə məmnunluqla danışıb. Şeyxülislam bildirib ki, Azərbaycan islam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşan dünyəvi dövlət modeli kimi təqdirəlayiq nümunədir.
QMİ sədri İSESKO-nun Bakıda keçirilən ali tədbirinin işinə öz xeyir-dualarını çatdırıb.
Səmimi qardaşlıq görüşünə görə təşəkkürünü bildirən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri şeyxülislam A. Paşazadənin islam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirdiyini deyib. Azərbaycanda dövlət-din münasibətlərinin səviyyəsinin, dini-mənəvi irsə nümunəvi münasibətin İSESKO tərəfindən hər zaman məmnunluqla qarşılandığını qeyd edən əl-Tüveycri ölkəmizin islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqliyinin və bunun dövlət səviyyəsində dəstəklənməsinin xüsusi rəğbətə layiq olduğunu vurğulayıb.
Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
Görüş xatirə hədiyyələrinin təqdim olunması və şam süfrəsi ilə başa çatıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info