“Azərbaycan iqtisadiyyatının sürətlə inkişafından məmnunam”
Tarix: 26.11.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Azərbaycana böyük investisiya qoyan bp şirkəti ilə əməkdaşlığa xüsusi önəm verilir.
Bu fikir Vergilər Nazirliyində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə nazirliyinin rəhbərliyinin görüşündə səsləndirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, vergilər naziri Fazil Məmmədov qonağı ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Nazirinin 1-ci müavini Natiq Əmirov ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında qonağa məlumat verib.
Qeyd olunub ki, Azərbaycanın mövcud iqtisadi durumunda vergi orqanlarının üzərinə kifayət qədər çətin və mürəkkəb vəzifələr düşür. Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətlərin genişləndirilməsi yolu ilə qlobal iqtisadiyyatda baş verən mənfi proseslərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün onun fəaliyyət sahəsinə aid olan tədbirləri həyata keçirir, Azərbaycana böyük investisiya qoyan bp şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.
Qordon Birrell Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsindən, ölkəmizdə ən böyük xarici sərmayəçilərdən biri olan bp şirkətinin bu inkişafa öz töhfəsini verməsindən məmnun olduğunu vurğulayıb. O, bp şirkətinin vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşdığını, hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən tərəfdaşlarla birgə Vergilər Nazirliyi ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib.
Görüşdə Azərbaycan və bp arasında əməkdaşlığın hazırkı səviyyəsi, həyata keçirilən enerji layihələri və perspektivləri, dünyanın enerji bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info