Qubernator Otter:“Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq”
Tarix: 26.11.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Aydaho ştatının qubernatoru C. L. “Batç” Otterin rəsmi dəvəti ilə 22-24 noyabr tarixlərində bu ştatda səfərdə olub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, səfər müddətində baş konsul ştat qubernatoru Otter ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə Azərbaycan və Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə qubernatora məlumat verən baş konsul N. Ağayev Aydaho ştatı ilə Azərbaycanın münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu söyləyib. Diplomat Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq bu gün ölkədə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiqləmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Qubernator Otter görüşdən məmnunluq duyduğunu ifadə edərək Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində Aydaho ştatının maraqlı olduğunu bildirib.
Səfər müddətində baş konsul N. Ağayev Aydaho ştatının digər rəsmiləri, həmçinin, yerli icma nümayəndələri və müxtəlif media təmsilçiləri ilə görüşlər keçirib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info