“Gəncsən, öz biznesinə başla”
Tarix: 26.11.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Gəncsən öz biznesinə başla” layihəsinin açılış mərasimi keçirilib.
Açılışda layihə rəhbəri Orxan Fəxrəddinov layihə haqqında məlumat verərək ölkəmizdə sahibkarlığın inkişafı üçün böyük imkanların yaranmasından danışıb və bildirib ki, adından məlum olduğu kimi “Gəncsən öz biznesinə başla” layihəsi gənclərə bir çağırışdır. Bu layihə çərçivəsində gənclərə biznes plan, biznes layihələrin yazılması, FOREX-də strategiyaların qurulması, marketinq araşdırılması, Start-up layihələrin yazılması, maliyyə risklərin idarə olunması mövzusunda təlimlər keçiriləcək. Gənclər fondunun nümayəndəsi Vüsalə Niftəliyeva öz çıxışında gənclər fondunun fəaliyyəti haqqında və bu kimi layihələrin uğurlu olduğunu vurğulayıb. YAP Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri Əli Pənahov sahibkarlığın inkişafı üçün , İKT, turizm və kənd təsərrüfatı ilə bağlı keçirilən layihələrin daha məqsədə uyğun olduğunu bildirib. Daha sonra iqtisadçı ekspert Nicat Hacızadə bildirib ki, qeyri neft sektorunun ölkəmizdə daha çox inkişaf edir. Dünyada imkanlı şəxslərin məhz sahibkarlardır və sahibkarlıq prioritet məsələlərdəndir. FOREX Beynəlxalq Banklar arası valyuta bazarı haqqında kitabların müəllifi, iqtisadçı analitik ekspert Qafar İmanverdiyev bu cür layihələrin keçirilməsi gənclərin bu sahədə inkişafı üçün böyük töhfədir.
Sonda Sosial iqtisadi araşdırmalar üzrə ekspert, müstəqil beynəlxalq tədqiqatçı və təlimçi Rəvan Əyyubov YAP Gənclər Birliyinə minnətdarlığını bildirib və qeyd edib ki, bu kimi layihələrin keçirilməsi gənclərin inkişafı üçün məqsədə uyğundur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info