Qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alındı
Tarix: 26.11.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Tovuz Gömrük İdarəsinin əməkdaşları 4 min qutudan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin və realizə olunmasının qarşısını alıblar.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Babək Kəlayevin idarə etdiyi “Opel Astra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 2130 qutu siqaret aşkar edilib.
B.Kəlayev aşkar edilən siqaretlərin Qazax rayon sakini Aynurə İbrahimxəlilovaya məxsus olduğunu bildirib. Araşdırma zamanı məlum olub ki, A.İbrahimxəlilova həmin siqaretləri satmaq məqsədilə Gürcüstan Respublikasından ölkəmizə gələn şəxslərdən alaraq toplayıb.
Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan digər əməliyyat məlumatı əsasında isə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Oruc Sanıyevin idarə etdiyi “Volkswagen Passat”markalı avtomobilə baxış zamanı həmin maşının yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 1950 qutu siqaret aşkar edilərək götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
16.11.2018
“Azəriqaz”: İlin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi keçəcək
16.11.2018
SOCAR peyk təsvirlərinin köməyi ilə neft yataqları axtaracaq
16.11.2018
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info