Ermənistanda çevrilişin qarşısı alınıb?
Tarix: 26.11.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


İrəvanda tutulan terror qrupunun hədəfi baş nazir və parlament imiş

Ermənistan növbəti dəfə sui-qəsd, silahlı qruplaşmaların cinayət əməlləri ilə gündəmə gəlib. Belə ki, dünən İrəvanda güclü silahlı qruplaşmanın zərərsizləşdirilməsi ilə bağlı məlumat yayılıb. Bu gün isə məlum olub ki, bu qruplaşma parlamentə və Ermənistanın baş nazirinə hücum etməyi planlaşdırıb.
Bu barədə "Aykakan jamanak" qəzeti öz mənbələrinə istinadən xəbər verib.
Məqalədə qeyd olunur ki, onların hədəfləri ölkədə siyasi partlayışa səbəb olacaq qətllər olub: "Qruplaşma Ermənistan Milli Məclisində müəyyən tədbirlər həyata keçirməyi planlaşdırırdı. Onların digər hədəfi isə baş nazir Ovik Abraamyan idi".
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birgə paytaxt Yerevan ətrafında evlərin birində silahlı dəstə saxlaması haqqında məlumat yayılandan sonra yerli mətbuat Ermənistanda hətta çevrilişə hazırlıqla bağlı anonslar da yayıb. Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, cinayətkar qruplaşma təkcə sözügedən sui-qəsdləri, terroru deyil Ermənistan ərazisində bir sıra ağır cinayətlər törətməyi də planlaşdırırdı. Qrupa əsasən işsiz olan 19 Ermənistan vətəndaşının daxil olduğu bildirilib.
Xatırladaq ki, Ermənistanda belə bir “təcrübə” mövcuddur. Məlum Ermənistan parlamentinə silahlı hücumdan sonra bu ölkədə ciddi siyasi proseslər getmişdi. İndiki halda bunun hazırlanmış ssenari və ya həqiqətən hansısa işsizlərin törətmək istədiyi ağır cinayətlər olduğu hələlik bəlli deyil.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info