“Street Art Festivalı” adlı sosial layihə reallaşdırılıb
Tarix: 26.11.2015 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetində “Street Art Festivalı” layihəsinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, istedadlı tələbə gənclərin tanıdılması, turizm istiqamətli layihə Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin,” Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Layihədə müraciətləri əsasında qeydiyyata alınmış istedadlı gənclər verdikləri siyahılara əsasən lazımi boya fırça ilə təmin olunub və rəsmin çəkilməsi üçün əvvəlcədən hazırlanan tablolarda öz bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaradılıb. Tədbiri açıq elan edən Layihə Rəhbəri Kamran Daşdəmirov layihənin yaranma ideyasından danışaraq dəstək göstərin bütün qurumlara öz minnətdarlığını bildirib və iştirak edən rəssamlara uğurlar arzulayıb.

Festivalda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ağamir Ağamirov, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri İlqar Quliyev iştirak ediblər.
Ağamir Ağamirov son zamanlar rayonumuzda turizm istiqamətli layihələrin tez-tez keçirilməsini qeyd edib və bu kimi layihələrin keçirilməsinin təşəbbüskarı gənclər olmasını təqdirə layiq hesab edərək, gələcəkdə də gənclərə təşəbbüskarlarında böyük dəstək veriləcəyini söyləyib.
“Street Art Festivalı” layihəsinin əsas mərhələsi 15-17 noyabr 2015-ci il tarixlərini əhatə edib.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info