İsmayıllıdakı velosiped zavodu gələn il istifadəyə veriləcək
Tarix: 26.11.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı bölgəsi olan İsmayıllıda sənayenin inkişafı istiqamətində son illər bir sıra layihələr reallaşdırılır. Rayonun Diyallı kəndi yaxınlığında inşa edilən, regionda analoqu olmayan velosiped zavodunun tikintisi də bu layihələrdən biridir.
İllik istehsal gücü 30 min ədəd müxtəlif markalı velosiped olacaq zavodun 2016-cı ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub. Burada quraşdırma işləri başa çatmaq üzrədir.
Bolqarıstan istehsalı olan əsas avadanlıqlar artıq rayona gətirilib. İstismara verildikdən sonra zavodda əsasən yerli sakinlər olmaqla, 120-150 nəfər çalışacaq. Bu məqsədlə onların bir qismi Bolqarıstandakı eyni tipli velosiped zavoduna təcrübə qazanmağa göndəriləcək.
Qeyd edək ki, zavodda hazırlanacaq müxtəlif markalı velosipedlər müasir texnologiya əsasında yüksək keyfiyyətlə buraxılacaq. Bu velosipedlər nəinki daxili tələbatı ödəmək, habelə ixrac üçün də nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info