Region gənclərinə sahibkarlıqla bağlı seminar keçirilib
Tarix: 26.11.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Gənclik Təşəbbüsləri” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun
maliyyə dəstəyi ilə “Gənclərin fermer kimi sahibkarlıq hərəkatına dəstək” adlı layihə gerçəkləşdirib. Bu layihə çərçivəsində baş tutan təlim-seminarlar 21 noyabr 2015-ci il tarixində Qazax şəhərində və 22 noyabr 2015-ci il tarixində isə Ağstafa şəhərində keçirilib.
Təlimdə Qazax və Ağstafa rayonlarının Gənclər və idman idarələrinin və aidiyyəti rayon məşğulluq mərkəzlərinin rəhbər işçiləri iştirak edib. Təlimlərdə eyni zamanda 70-dən artıq gənc iştirak edib.
Təlim-seminarda gənclərin Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin "Kənd Təsərrüfatı İli" elan olunması, qeyri-neft sektorunun inkişafı üçün birbaşa atılan addımların, ümumiyyətlə qeyri–neft sektorunun şaxələndirilmiş şəkildə inkişaf etdirilməsinin Azərbaycan iqtisadiyyatının başlıca strategiyası olduğu və bunun da cənab Prezident tərəfindən uğurla həm idarə olunması, həm proqnozlaşdırılması, həm də bütün resurslar və potensialların bu sahəyə cəlb olunması qeyd olunub. Eyni zamanda kənd təsərrüfatının qeyri–neft sektorunun inkişafının fərqli bir sahəsi olduğu, kənd təsərrüfatının inkişafı ilə bağlı olaraq ilk növbədə sahibkar və fermerlərə dövlətin xüsusi dəstəyinin olduğu, subsidiyaların və güzəştli kreditlərin verilməsi və eləcə də onların bir çox vergilərdən azad olunması nəzərə çatdırılıb. Görülən işlərin bir hissəsi kimi onu da qeyd etmək lazımdır ki, tədbirlərdə gəncləri fermerlik fəaliyyətinə həvəsləndirən videoçarx (https://www.youtube.com/watch?v=0hLpmu6L9S0) nümayiş etdirilib və eyni zamanda gənclər arasında fermer kimi sahibkarlığın inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəstək verilməsi istiqamətində təşkilati idarəetmə mexanizmləri praktiki məşğələlərlə keçirilmiş və seminar sonrası bu istiqamətdə çoxsaylı suallar birbaşa cavablandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info