Səlim Müslümov: “Əhalinin gəlirləri 5,7 faiz çoxalıb”
Tarix: 26.11.2015 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


İslahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib. Tədbirdə nazirliyin aidiyyəti struktur bölmələrinin, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin, Tibbi-Sosial Ekspert Komissiyalarının, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.
Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əldə olunan makroqitisadi sabitlik və dinamik inkişafın sosial rifah göstəricilərinin də artması ilə müşaiyət olunduğunu vurğulayıb: “Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin ilk iclasında qeyd etdiyi kimi, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir və aparılan uğurlu iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Bunun əməli təsdiqi kimi, cari ilin 10 ayında 3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxalıb, adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz təşkil edib”.
S.Müslümov bildirib ki, nazirliyin qarşısında duran əsas vəzifə ilbəil güclənən sosial siyasətin yüksək səviyyədə icrasını, əhaliyə xidmət sahələrinin müasirləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməkdir: “Doğrudur, son illərdə ciddi nəzarət tədbirləri həyata keçirilir, fəaliyyətində nöqsanlara yol verənlərin ciddi şəkildə cəzalandırılması işləri görülür. Nəzarət tədbirlərinin müsbət nəticələri də vardır. Təkcə cari ilin 9 ayında bu yardımı alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz, oktyabr ayında isə 4 faizə yaxın azalıb. Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq əlillik qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayı azalıb”.
Nazir vurğulayıb ki, güclü nəzarətlə bərabər, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda bu sahələrdə hansısa neqativ hallara imkan verməyən müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün institisional, sistem xarakterli islahatlar aparılır: “Bu günkü müşavirənin əsas məqsədi də aparılan bu islahatların praktiki tətbiqinin sürətləndirilməsini və genişləndirilməsini təmin etmək, bunun üçün səyləri artırmaqdır. Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış rejimdə fəaliyyəti üçün hazırlanmış elektron infrastruktur aidiyyəti dövlət orqanlarının bu sahədə müvafiq işləri başa çatdırmalarından dərhal sonra işə salınacaq. Eyni zamanda, dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatı prosesinin də avtomatlaşdırılması işləri davam etdirilir. Bütün bu işləri maksimum sürətləndirmək vacibdir”.
S.Müslümov bildirib ki, bu gün 1,3 milyondan artıq əhali kontingentinə xidmət göstərən nazirliyin bütün fəaliyyət sahələri daim cəmiyyət üçün açıqdır. Son illərdə ciddi islahat tədbirləri bu iş sahələrində əhalinin müsbət rəyinə, inamlı münasibətinə səbəb olan pozitiv dəyişiklər yaradıb: “Ona görə də xidmət sahələrində tam şəffaflıq və qanunauyğun iş ahəngi prinsipial şəkildə təmin olunmalı, kadrların iş bacarıqları, peşəkarlıq səviyyəsi və mənəvi keyfiyyətlərinə, əhali ilə münasibətlərdə dövlət qulluqçusuna xas etik davranış qaydalarına riayət etmələrinə xüsusi diqqət yetirilməlidir. İslahat tədbirləri sürətlə davam etdirilməklə bərabər, nazirliyin müsbət imicinə zidd olan hər hansı neqativ halın baş vermə ehtimalı dərhal müəyyən olunaraq ciddi inzibati tədbirlərlə aradan qaldırılmalıdır”.
Müşavirədə nazirliyin fəaliyyət sahələrində aparılan islahatların sürətləndirilməsi, tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması üçün aparılan texniki işlərin mövcud durumu, yerli qurumlarda əhaliyə göstərilən xidmətin vəziyyəti geniş müzakirə olunub. Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.


Qorqud














 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info