Milli Fəaliyyət Planının monitorinqinin nəticələri açıqlanacaq
Tarix: 26.11.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrasında şəffaflıq ictimai təşəbbüsünə dəstək” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Prezidentin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən 2012-2015-ci illər üçün “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın monitorinqini həyata keçirir. Monitorinqin məqsədi Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə bağlı məlumat bazasının yaradılması, dövlət qurumları və ictimaiyyət arasında kommunikasıyanın qurulması və əldə olunmuş nailiyyətlər, görülən işlər barədə yerli və xarici ictimaiyyətin məlumatlandırılmasıdır. Monitorinq çərçivəsində metodologiya ilə nəzərdə tutlmuş sorğular müəyyən edilmiş dövlət qurumlarına göndərilib. Eyni zamanda layihə çərçivəsində layihənin koordinatoru Şahin Nəsrullayev və layihənin eksperti Zaur İbrahimli 2012-2015-ci illər üçün “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər ilə tanış olmaq üçün Gəncə və Mingəçevir şəhərlərində ezamiyyətdə olublar. Yerli QHT-lər və müvafiq dövlət qurumlarının nümayəndələri ilə görüşlər zamanı əsasən əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı görülmüş işlər və bu sahədə mövcud problemlər müzakirə olunub. Monitorinqin nəticələri əsasında hazırlanmış hesabat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək, nəticələr isə bütün maraqlı tərəflərin iştirakı ilə dəyirmi masada müzakirə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info