Əilliyi olan şəxslər sosial inteqrasiyada xüsusi çətinliklərlə rastlaşmırlar
Tarix: 26.11.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tvinninq layihəsi çərçivəsində “Azərbaycanda əlillik sahəsində mövcud vəziyyətin təhlili: reabilitasiya mərkəzlərində keçirilən sorğunun məlumatları və gələcək islahatlar üçün tövsiyələr” mövzusunda təqdimat tədbiri olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsinin Prezident cənab İlham Əliyevin sosial islahatlar kursunda mühüm yer tutduğunu vurğulayıb: “Son illərdə ölkədə əlilliyi olan şəxslərlə bağlı bərpa-müalicə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü işlər aparılır. Bu işlərdə əsas məqsədlərdən biri də əlilliyi olan şəxslərə münasibətdə tibbi yanaşma ilə bərabər, sosial modelin tətbiqinə, həmin şəxslərin sosial reabilitasiya potensialı nəzərə alınmaqla onun reallaşmasına şərait yaradılmasıdır”.
Nazir bildirib ki, Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi bu sahədə qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi ilə yanaşı, fəal ekspert dəstəyinin göstərilməsinə də yardımçı olur: “Layihə çərçivəsində hazırlanmış müvafiq qiymətləndirmə forması bərpa-müalicə müəssisələrinə qəbul edilən əlilliyi olan şəxslərin sağlamlıq vəziyyəti ilə bərabər, həmin insanların sosial vəziyyətinə, həyat şəraitinə dair məlumatların öyrənilməsinə imkan verir. Bu məlumatlar onlarla bağlı sosial reabilitasiya proqramlarının hazırlanmasında əhəmiyyət kəsb edir”.
S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan qiymətləndirmə forması əsasında Tvinninq layihəsinin ekspertləri tərəfindən cari ilin iyun-oktyabr ayları ərzində nazirliyin iki bərpa-müalicə müəssisəsində - Müharibə Əlilləri üçün Müalicə Pansionatında və Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində bərpa müalicəsi alan əlilliyi olan şəxslər arasında sorğu keçirilib. Sorğu zamanı əlilliyi olan insanların ümumi tərkibi, qruplara görə bölgüsü, onların mövcud həyat şəraiti və ailə vəziyyəti, ev təsərrüfatlarının sosial-demoqrafik xüsusiyyətləri, təhsil və əmək bazarında iştirak səviyyəsi, ictimai yerlərin həmin şəxslər üçün müyəssərliyi, reabilitasiya sisteminin əhatə dairəsi və s. ilə bağlı məlumatlar toplanıb və ətraflı təhlil olunub: “Sorğu zamanı əldə olunmuş məlumatlar bizim üçün maraq doğurur. Onlardan biri də budur ki, Azərbaycanda əlilliyi olan şəxslər sosial həyata inteqrasiya etməkdə xüsusi çətinliklərlə rastlaşmırlar. Məsələn, onların böyük hissəsi ailəlidir və bu sahədə müvafiq göstərici ümumi əhalinin göstəricisinə yaxın olan rəqəmdir. Yaxud əlilliyi olan şəxslərin ixtisasalma problemləri ilə qarşılaşmadıqları və ümumi əhali kimi təhsilli olduqları müşahidə olunub və s.”.

Qorqud






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info