Çempionlar Liqasında daha 6 komanda növbəti mərhələdə
Tarix: 27.11.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun növbəti oyunları keçirilib. İkinci oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub. A qrupunun lideri “Real” “Şaxtyor”a qonaq
olub.

"Kral klubu" 4:3 hesablı qələbə qazanaraq sona bir tur qalmış qrupdan çıxmağı dəqiqləşdirib. PSJ isə İsveç səfərinə yollanıb. Parislilər autsayder “Malmö”nü darmadağın edərək növbəti mərhələ yolunda "Real"a "yoldaşlıq edib". B qrupunda Moskva MOİK-i “Volfsburq”a uduzub. “Mançester Yunayted” isə PSV-nin müqavimətini qıra bilməyib. Bu qrupda bütün nəticələr son turdan sonra bəlli olacaq. “Benfika”nın “Astana”nı məğlub edə bilmədiyi C qrupunun digər matçında “Qalatasaray” “Atletiko”ya uduzub. Həm portuqaliyalılar, həm də ispanlar final mərhələsinə hazırlaşa bilərlər. “Yuventus” “Mançester Siti”ni minimal hesabla məğlub edib, Münhenqladbax "Borussiya"sı da "Sevilya"nı darmadağın etsə də, bunun almanlara xeyri olmayıb. Qrupdan növbəti mərhələyə "qoca sinyora" və "şəhərlilər" yüksəliblər:
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya) - 3:4
"Malmö" (İsveç) - PSJ (Fransa) - 0:5
MOİK (Moskva, Rusiya) - "Volfsburq" (Almaniya) - 0:2
"Mançester Yunayted" (İngiltərə) - PSV (Hollandiya) - 0:0
"Astana" (Qazaxıstan) -"Benfika" (Portuqaliya) - 2:2
"Atletiko" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə) - 2:0
"Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0
"Borussiya" (Münhenqladbax, Almaniya) -"Sevilya" (İspaniya) - 4:2




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info