Minskdə Belarus-Azərbaycan biznes-forumu keçirilir
Tarix: 27.11.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdədir. Minskdə Belarus-Azərbaycan biznes forumu öz işinə başlayıb.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir. Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza yaradılmışdır. İndiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 90-a yaxın sənəd imzalanıb. Ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən Şahin Mustafayev ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası məqsədilə ölkələrimizin birgə səylərini artırmasının əhəmiyyətini qeyd edib. Hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir. Sənaye sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Gəncə Avtomobil Zavodu və Minsk traktor və avtomobil zavodu arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Nazir Şahin Mustafayev iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət edib, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.
Belarus Respublikasının sənaye naziri Vitali Vovk Belarus və Azərbaycan arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verir. Biznes forum öz işini sabah da davam etdirəcək.
Azərbaycan nümayəndə heyəti həmçinin, maşınqayırma, aqrar, əczaçılıq müəssisələrinin və sənaye parkının fəaliyyəti ilə tanış olublar.
İlkin







 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
15.02.2019
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15.02.2019
Sabirabad və Salyanda qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info