Ermənistanda məişət zorakılığı artıb
Tarix: 27.11.2015 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Müasir cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək, formalaşaraq inkişaf edib. Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan qadınlara müxtəlif dövrlərdə və quruluşlarda çox fərqli münasibətlər olub. Təbii ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindən biridir.
Ermənistanın «News.am» saytı bu ilin 10 ayı ərzində ölkədə 645-dən artıq məişət zorakılığının qeydə alınması barədə məlumat yayıb. Ermənistanda yetkinlik yaşına çatmayanlarla iş üzrə polis idarəsinin şöbə rəisi Nelli Duryan bildirib ki, son statistik məlumatlara görə, Ermənistanda zorakılıq halları ilə əlaqədar polisə müraciət edənlərin sayı hər gün artmaqdadır. Avropa Şurasının İrəvandakı ofisinin rəhbəri Natalya Vutovaya görə, məişət zorakılığının qarşısını alan, bu hallarla üzləşən qurbanlara dəstək verən, onların qorunmasını təmin edən Avropa Şurasının Konvensiyası fəaliyyət göstərir: “Ermənistan Avropa Şurasına üzv olan 48 ölkədən biri olmasına baxmayaraq, hələ də şuranın İstanbul Konvensiyasına imza atmayıb. Ona görə də, Avropa Şurasının baş katibi Ermənistanı bu sənədə imza atmağa, Konvensiyanı ratifikasiya etməyə çağırır”. Avropa Birliyinin Ermənistandakı şöbəsinin rəhbəri Dirka Lorensanın sözlərinə görə, Avropa Birliyi qanunvericilik və effektiv tədbirlər vasitəsilə qadınlar arasında zorakılıq qurbanlarının hüquqlarını bərpa etmək istiqamətində işlər görür. Dirka fikirlərini davam etdirərək bildirib ki, tərəfdaş ölkələri gender bərabərliyi üzrə beynəlxalq öhdəlikləri yerinə yetirməyə, ayrı-seçkiliyin bütün növlərinə qarşı Avropa Şurasının İstanbul Konqresində qəbul edilən tələblərə əməl etməyə çağırırıq. Qeyd edək ki, bütün bu çağırışlara baxmayaraq Ermənistan hökuməti hələ də bu istiqamətdə addımlar atmağa tələsmir. Məlumatlara görə, ötən ay qadın haqlarını müdafiə edən ictimai təşkilatlar "Məişət zorakılığı" haqqında qanunun qəbul edilməsi ilə bağlı hökumətə müraciət edib. Dövlət rəsmiləri isə qanun layihəsi üzərində işlərin davam etdiriləcəyi barədə vəd veriblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info