Bəkir Çobanzadə küçəsində təmir-tikinti işlərinə başlanılıb
Tarix: 27.11.2015 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Nizami rayonu Bəkir Çobanzadə küçəsində təmir-tikinti işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır. Təmir işlərinin aparıldığı ərzinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.
Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənəcək, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürüləcək.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 1 800 paqon-metrə yaxın yeni səki daşları düzülür.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənəcək. Əraziyə 2 qat olmaqla 14 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirməsi işləri aparılacaq. Genişləndirmə işləri nəticəsində yolun hərəkət hissəsinin 5 metrə yaxın genişləndiriləcək. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olacaq.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılır. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində yol boyu işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info