“Ağlımıza belə gəlmirdi ki, dost saydığımız bir ölkədən belə zərbə alacağıq”
Tarix: 27.11.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Putin: “Əgər bilsəydilər ki, ABŞ təyyarəsidir, vuracaqdılar onu?”

“Rusiya Hərbi Kosmik Qüvvələrinin əməliyyatları “İŞİD”in infrastrukturuna və terrorçuların maliyyə bazasına ciddi ziyan vurub”. Bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Terrorçuların idarəetmə sistemi, hərbi infrastrukturuna və maliyyə bazasına ciddi ziyan vurulub. İlk növbədə terrorçulara böyük gəlir gətirən neft qaçaqmalçılığını nəzərdə tuturam", - deyə Vladimir Putin qeyd edib.
Rusiya prezidenti Suriyada Xmeyim hərbi bazasında yerləşdirilən S -400 zenit raket kompleksinin terrorçulara qarşı birgə mübarizə aparan tərəfdaşlarına qarşı yönəlmədiyini söyləyib: "Bu günə kimi Hava Hücumundan Müdafiə sisteminin Suriyada yerləşdirməməyimizin səbəbi o idi ki, biz terrorçularda zenit raket kompleksinin olmadığına əmin idik. Bildiyiniz kimi biz Suriyada yalnız hava əməliyyatları həyata keçiririk. Əməliyyatlar 6 min metr yüksəklikdən həyata keçirilir, terrorçuların bu yüksəklikdə uçan təyyarəni vurmaq imkanı yoxdur. Ağlımıza belə gəlmirdi ki, dost ölkə saydığımız bir ölkədən belə zərbə alacağıq, təyyarəmiz vurulacaq. Belə qərara gəldik ki, S 400-ü Suriyada yerləşdirək. Biz hərbi aviasiyamızın təhlükəsizliyini təmin etməliyik".

Vladimir Putin Türkiyə prezidenti Ərdoğanın "Rusiya təyyarəsi olduğunu bilmirdik, bilsəydik başqa cür addım atardıq" bəyanatını da şərh edib. Türkiyənin vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilməməsi qeyri-mümkündür: "Bu ola bilməz. Çünki təyyarələrin üzərində Rusiyaya məxsus olduğunu bildirən fərqləndirici nişanlar var və bu nişanlar yaxşı görünür. Ona görə də bu, mümkün deyil".

"İkincisi, mən artıq demişəm, bir daha demək istəyirəm. Biz əvvəlcədən ABŞ tərəfi ilə razılığa əsasən bizim aviasiyanın harada, nə vaxt əməliyyat keçirəcəyi barədə məlumatları onlara vermişdik. Türkiyə də koalisiyanın həqiqi üzvüdür və bilməli idi ki, orada məhz Rusiya aviasiyası işləyir. Əgər bilsəydilər ki, ABŞ təyyarəsidir, vuracaqdılar onu? Boş söhbətlərdi bunlar. Bu bəhanədir. Çox təəssüf ki, bu hadisənin bir daha təkrar olunmaması barədə məsələ ilə ciddi məşğul olmaqdansa, biz elə anlaşılmaz izahatlar eşidirik, hətta üzrxahlıq belə istəmirlər. Ona görə də bu bizim seçim deyil, Türkiyə tərəfinin seçimidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?
14.02.2019
“Ermənilər gələcəyə olan inamlarını itirməyə başlayıblar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info