“Nardaranda baş verən hadisələr dinlə bağlı olan məsələ deyil”
Tarix: 27.11.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


“Nardaranda baş verən hadisələr heç bir dinlə bağlı olan məsələ deyil. Burada xüsusi hazırlanmış şəxslər var ki, onlar Azərbaycan gənclərini radikal yola dəvət edir, Azərbaycan dövlətinə qarşı qaldırmağa cəhd edirlər”.
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov “Trend”ə bildirib.
Nardaran hadisələri zamanı dünyasını dəyişən polislərin ailələrinə başsağlığı verən F.Muradov baş verən hadisələri qətiyyətlə pisləyərək bunlardan çox narahat olduğunu deyib: “Azərbaycan dövləti tolerantlıq göstərərək hər bir vətəndaşın dini inancına hörmətlə yanaşır. Amma təəssüflər olsun ki, dövlətə, dövlətin siyasətinə qarşı belə hadisələr baş verir. İnanıram ki, yaxın zamanlarda bu insanlar səhv yolda olduqlarını başa düşəcəklər və qanunlara hörmətlə yanaşacaqlar”.
Deputat qeyd edib ki, Nardaranda gənlcərin kimlərinsə fitnəsinə uyaraq kimlərəsə əl qaldrıması, daş atması Azərbaycan dövlətinin gənclərinə yaraşmayan haldır: “Nardaran əhalisinin çoxu dövlətimizin müstəqilliyini qoruyan, onu sevən insanlardır. Bölgədə gedən proseslər təbii ki, Azərbaycana da təsir edir”.F.Muradov deyib ki, bu gün bir çox ölkələrdə gəncləri radikallığa çağırış cəhdləri edilir.
Buna təəssüflənən F.Muradov qeyd edib ki, Azərbacanda da gəncləri düz yoldan çəkindirmək cəhdləri edilir: “Mən Nardaran gənclərinə müraciət edərək deyirəm ki, onlar öz dövlətlərinin tərəfində olmalıdırlar. Təxribatçı adamların fikirlərinə uymamalıdırlar. Bu çox vacibdir ki, biz dövlətimizi, müstəqilliyimizi qoruyub saxlayaq. Torpaqlarımız işğal altındadır. Biz öz gücümüzü, birliyimizi torpaqlarımızın azad edilməsinə yönəltməliyik”.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info