Nardaranda öldürülən polis bir ay əvvəl ata olubmuş
Tarix: 27.11.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşlarının adları məlum olub.
Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları – Vüqar Nəsibov və İsmayıl Tağıyevdir.
Hər iki polis zabiti bu gün saat 12.00-da II Fəxri Xiyabanda dəfn olunublar.
Qeyd edək ki, həlak olan polislərdən biri dindar olub.
Həlak olan polis Tağıyev İsmayıl Rəsul oğlu təbiətcə sakit, xeyirxah və Allaha inanan adam olub.
Təkcə özü deyil, bütün ailə üzvləri dindar olub. Məlumata görə, mərhumun həyat yoldaşı hicablı qadındır. DİN-in əməliyyatçısı olan İsmayılın iki övladı var, onlardan biri ötən ay dünyaya gəlib.
Məlum olub ki, İsmayıl toqquşma zamanı ayağından yaralanıb. Onu hadisə baş verən evdən vaxtında çıxarmaq mümkün olmayıb. Bu səbəbdən o, qanaxmadan dünyasını dəyişib.
Mərhum polis əməkdaşı ilə vida mərasimi əvvəllər yaşadığı Xırdalan şəhərindəki evdə keçirilir. O, bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
ƏƏSMN-də yeni təyinatlar
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info