ATƏT Nardaranda jurnalistlərə qarşı hücumu qətiyyətlə pisləyib
Tarix: 27.11.2015 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Nardaran qəsəbəsində radikal qrup üzvlərinə qarşı polis reydi zamanı jurnalistlərə hücumu qətiyyətlə pisləyib. Bu barədə ATƏT-in məlumatına istinadən xəbər verir. Məlumatda deyilir: "Əldə olunan məlumata görə, naməlum şəxslər İctimai Televiziyanın operatoruna hücum ediblər. Operator döyülüb və onun avadanlığı zədələnib. Reyd zamanı ATV telekanalının əməkdaşlarına da hücum olunub. Telekanalın sürücüsü döyülüb". D.Miyatoviç qeyd edib ki, bu, KİV nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq aktlarıdır: "Jurnalistlər dövlət əhəmiyyətli hadisələr barədə azad və təhlükəsiz qaydada məlumat vermək vəziyyətində olmalı və onların təhlükəsizliyi təmin edilməlidir". O ümid etdiyini bildirib ki, bu hücumların araşdırılması üçün mümkün olan hər şey ediləcək və təqsirkarlar məsuliyyətə cəlb ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info