Sumqayıtda vətəndaşlara 420 boş iş yeri təklif olunub
Tarix: 27.11.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması üçün Əmək yarmarkaları davam etdirilir. Növbəti Əmək yarmarkası Sumqayıt şəhərində təşkil olunub. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara 9-u dövlət, digərləri özəl sektora aid 35 müəssisə üzrə 420 boş (vakant) iş yeri təqdim edilib. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisələrdə kvota üzrə müəyyən olunmuş iş yerləri də olub. Boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı şəxslər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub. Tədbirdə peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıblar.
Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti respublikamızın şəhər və rayonlarında ümumilikdə 58 Əmək yarmarkası təşkil edib. Bu aktiv məşğulluq tədbirlərində 4908 nəfər işaxtaran və işsiz vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib. Onlardan 4269 nəfəri, yəni 87 faizə yaxını həmin göndərişlər əsasında münasib iş yerləri ilə təmin olunublar. Yarmarkalarda 462 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 229 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info