“İŞİD”ə qoşulmaq istəyən tələbə qız hava limanında tutulub
Tarix: 27.11.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


“İŞİD”ə qoşulmaq istəyən Rusiya vətəndaşı İrina Babıkina Moskvanın “Vnukovo” hava limanında saxlanılıb.
“RIA Novosti”nin verdiyi məlumata görə, 20 yaşlı qızı pasport nəzarəti zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları saxlayıblar.
O, iordaniyalı sevgilisi Yazan Adel Qalim Abbasın yanına İstanbula getmək istəyib. Məlumata görə, iordaniyalı şəxs internet vasitəsilə uzun müddət qızla ünsiyyətdə olub, onu qonaq çağırıb, evlənmək təklif edib və “İŞİD”ə cəlb etmək istəyib. İ. Babıkinanın “İŞİD”ə qoşulmaq məqsədilə ölkəni tərk etmək niyyəti barədə FTB-yə atası müraciət edib. 20 yaşlı İrina Ali İqtisadiyyat Məktəbində təhsil alırmış, lakin akademik borclara görə bu ilin yayında məktəbdən uzaqlaşdırılıb.
Xatırladaq ki, bir müddət əvvəl Lomonosov adına Moskva Dövlət Universitetinin əlaçı tələbəsi Varvara Karulova da “İŞİD” sıralarına qoşulmaq üçün bu ilin mayında evdən qaçıb. O, Türkiyədən Suriyaya keçmək istəyərkən sərhəddə saxlanılıb. Bu il oktyabrın 27-də Moskvanın Lefortovo məhkəməsi Varvara Karaulova barəsində 1 ay 25 gün müddətində həbs qərarı çıxarıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info