“Formula-1” yarışlarının sonuncu - Abu-Dabi Qran-prisinə start verilir
Tarix: 28.11.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Dünən “Formula-1” yarışlarının sonuncu 19-cu - Abu-Dabi Qran-prisinə start verilib. Mötəbər turnirin Abu-Dabidəki “Yas-Marina” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb.
Uzunluğu 5554 metr olan trasda keçiriləcək turnirin birinci günündə sərbəst yürüş yarışları təşkil olunacaq. Döngələrin sayı 21 olan trasda komandalar 55 dövrə ediblər. Artıq Soçi Qran-prisində “Mercedes” konstruktorlar kubokunu, ABŞ mərhələsində isə britaniyalı pilot Luis Hamilton üçüncü dəfə dünya çempionluğunu, Braziliya mərhələsində isə Niko Rosberq (“Mersedes)” gümüş medalı təmin ediblər. Turnirin təsnifat turları noyabrın 28-də, əsas yarış isə bir gün sonra keçiriləcək. Builki çempionatın qalibi olan “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton 327 xalla qələbəsini bayram edib. Hazırda onun aktivində 363 xal var. O, 18 mərhələnin 10-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya, Yaponiya, Rusiya və ABŞ-da keçirilən yarışlarda qələbə qazanıb. “Ferrari”nin alman sürücüsü Sebastian Vettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako, Avstriya, Meksika və Braziliyada zəfər əldə ediblər. “Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır. 1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mixael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub. “Formula-1” yarışlarının Bakı Qran-prisi gələn il iyunun 19-da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23.07.2019
Masallı güləşçisi bürünc medal qazanıb
23.07.2019
Azərbaycanda futbol klubu fəaliyyətini dayandırdı
23.07.2019
Azərbaycanda idmana böyük diqqət və maraq var
22.07.2019
Qardaş Azərbaycanda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info