“Qəbələ” səfər qarşılaşmasında xal qazanıb
Tarix: 28.11.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Azərbaycanı təmsil edən “Qəbələ” komandası səfərdə Yunanıstanın “PAOK” klubunun qonağı olub. Saloniki şəhərindəki “Tumba” stadionunda keçirilən oyunda “Qəbələ”nin heyətində Dmitri Bezotosnı, Voyislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Rəşad Sadiqov, Aleksey Qay, Samir Zərgərov, Ermin Zets, Sergey Zenyov və Aleksey Antonov meydana çıxıblar.
Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hər iki komandanın hesabı açmaq üçün imkanları olsa da, birinci hissədə qapılara qol vurulmayıb. Birinci hissədə oyunda ən təhlükəli vəziyyəti “Qəbələ”nin heyətində Aleksey Antonov yaradıb. Onun 13-cü dəqiqədə uzaqdan zərbəsini “PAOK”un qapıçısı çətinliklə də olsa, dəf edib. İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar qapılar qarşısında bir-birinin ardınca təhlükəli vəziyyətlər yaradıblar. Görüşün sonlarında qəbələlilərin heyətində Sergey Zenyovun, Ermin Zetsin və sonradan oyuna daxil olan Vaqif Cavadovun bir neçə epizodda hesabı açmaq cəhdlərinin qarşısını rəqib komandanın qapıçısı alıb. Beləliklə, Avroliqanın qrup mərhələsinin beşinci turunda Yunanıstan komandası “PAOK”la səfər qarşılaşmasında 0:0 hesablı bərabərliyə nail olan Roman Qriqorçukun yetirmələri xallarının sayını 2-yə çatdırıb. “C” qrupunda keçirilən digər oyunda Rusiyanın “Krasnodar” klubu Almaniyanın “Borussiya” komandasına 1:0 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətə baxmayaraq almaniyalılar 10 xalla qrupda liderliyi davam etdirir. Rusiya klubu da xallarının sayını 10-a çatdıraraq ikinci pilləyə yüksəlib. Beləliklə, hər iki komanda Avroliqanın növbəti mərhələsinə vəsiqə qazanıb. “PAOK” 4 xalla qrupda üçüncü, “Qəbələ” isə 2 xalla sonuncu yeri tutur. Azərbaycan çempionatının bürünc mükafatçısı qrupdakı son oyununu dekabrın 10-da Bakıda “Krasnodar”a qarşı keçirəcək. On iki qrupda keçirilən 24 qarşılaşmada bu nəticələr qeydə alınıb.
A qrupu
"Molde" (Norveç) - "Fənərbaxça" (Türkiyə)-0:2
"Seltik" (Şotlandiya) - "Ayaks" (Hollandiya)-1:2
B qrupu
"Rubin" (Kazan, Rusiya) - "Sion" (İsveçrə)-2:0
"Liverpul" (İngiltərə) - "Bordo" (Fransa)-2:1
C qrupu
Krasnodar" (Rusiya) -
"Borussiya" (Dortmund, Almaniya)-1:0
PAOK (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)-0:0
D qrupu
"Brügge" (Belçika) - "Napoli" (İtaliya)-0:1
"Legiya" (Polşa) - "Midtyullan" (Danimarka)-1:0
E qrupu
"Dinamo" (Minsk, Belarus) -
"Viktoriya" (Plzen, Çexiya)-1:0
"Vilyarreal" (İspaniya) - "Rapid" (Avstriya)-1:0
F qrupu
"Marsel" (Fransa) - "Qroningen" (Hollandiya)-2:1
"Braqa" (Portuqaliya) - "Liberets" (Çexiya)-2:1
G qrupu
"Latsio" (İtaliya) - "Dnepr" (Ukrayna)-2:1
"Rusenborq" (Norveç) - "Sent-Etyen" (Fransa)-1:1
H qrupu
“Beşiktaş” (Türkiyə) - "Skenderbeu" (Albaniya)-2:0
"Lokomotiv" (Rusiya) - "Sportinq" (Portuqaliya)-1:4
İ qrupu
"Belenenşeş" (Portuqaliya) - "Lex" (Polşa)-0:0
"Bazel" (İsveçrə) - Fiorentina" (İtaliya)-2:2
J qrupu
"Qarabağ" (Azərbaycan) -
“Tottenhem" (İngiltərə)-0:1
"Monako" (Fransa) - "Anderlext" (Belçika)-0:2
K qrupu
"Şalke" (Almaniya) - APOEL (Kipr)-1:0
"Sparta" (Çexiya) -
“Asteras Tripolis" (Yunanıstan)-1:0
L qrupu
"AZ Alkmaar" (Hollandiya) -
“Partizan" (Serbiya)-1:2
"Auqsburq" (Almaniya) -
"Atletik" (Bilbao, İspaniya)-2:3




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info