Rusiya və Fransa terrora qarşı mübarizədə əməkdaşlıq edəcək
Tarix: 28.11.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Olland şərti açıqladı:
“Minsk razılaşmasını icra edin, sanksiyalar ləğv edilsin”

“Avropa Birlinin Rusiyaya qarşı tətbiq etdiyi qadağaların aradan götürülməsi üçün bir tələbi var: Minsk razılaşmasının icrasını həyata keçirmək”. Bunu Fransanın xarici işlər naziri Laurent Fabius Frasua Olland Rusiya prezidenti ilə görüşü ərəfəsində bildirib.
Xatırladaq ki, Fransa prezidenti Frasua Ollandın rusiyalı həmkarı ilə görüşündə də bu məsələ əsas müzakirə olunan məsələlərdən biri olub. “Əgər Rusiya tərəfindən Minsk müqaviləsinin tələbləri həyata keçirilərsə, bu ölkəyə qarşı tətbiq edilmiş qadağalar tezliklə aradan qaldırıla bilər. İndi bizim başlıca məqsədimiz gələn ilin mart ayında Ukraynada seçkilərin keçirilməsinə nail olmaqdır”-deyə Fabius “RTL” radiosuna verdiyi açqlamada bildirib. Qeyd edək ki, Moskvada səfərdə olan Fransa prezidenti rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb. Üç saatlıq görüşün əsas mövzusu “İŞİD” terror qrupu və terror təşkilatlarına qarşı mübarizə vasitələri barədə olub. Görüş zamanı Parisdə baş verən son terror hadisələrinə və eyni zamanda Rusiya təyyarəsi ilə bağlı məsələlərə toxunan Vladimir Putin bu istiqamətdəki mübarizədə iki dövlətin səylərini birləşdirməyə çağırış edib. Parisdə baş verən terror hadisəsinə görə bütün rus xalqının kədərləndiyini bildirən Putin bu istiqamətdə fəaliyyəti və terror aktını törədənləri cəzalandırmaq yolunda birləşməyə çağırıb. Görüş əsnasında Putin fransalı həmkarına Suriyadakı terrorçuların mövqeləri haqqında məlumat mübadiləsi aparmağı da təklif edib: “Mən belə hesab edirəm ki, razılaşdırılmış müqavilənin varlığı gələcək fəaliyyətimiz üçün çox əhəmiyyət kəsb edə bilər. Belə məlumat mübadiləsi sağlam düşüncəli müxalifətlə, terrorçuların müəyyən edilməsində böyük önəm kəsb edə bilər. Bu da bizim hava hücumlarının effektini xeyli artırmış olar.
Öz növbəsində Putinin fikirlərinə dəstək verərək, Suriyada terrorçulara qarşı döyüşən sağlam müxalifətə dəstək olmağın vacibliyini bildirən Olland, təkcə Fransanın deyil, həm də koalisiyaya daxil olan digər ölkələrin də bu qruplara dəstək verilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, o, Fransanın özünü müdafiə hüququ çərçivəsində Suriyaya hava zərbələri həyata keçirdiyini vurğulayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info