“İŞİD” də, Nardarandakı bir qrup terrorçu ekstremist də dindən pərdə kimi istifadə edir
Tarix: 28.11.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Asayişi təmin edən dövlət orqanının əməkdaşına, polisə silahlı müqavimət göstərmək, ona qumbara atmaq, avtomatdan atəş açmağın dinlə nə əlaqəsi ola bilər? Bu, artıq terrordur, din pərdəsinə bürünən ekstremist qüvvələrin həyata keçirdiyi terror

Nardaranda baş verən son olaylar din pərdəsi altında fəaliyyət göstərən terrorçu ektremistlərin cəmiyyət, dövlət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Ölkəmizdə hansı dinə ibadət etməsindən asılı olmayaraq dini ayinlərini icra etməsi üçün hər cür şərait yaradılıb. İbadətlə məşğul olanların heç biri onlara məhdudiyyət yaradıldığını iddia edə bilməz. Amma dini ibadət başqa şeydir, radikallaşaraq din pərdəsi altında müxtəlif daxili və xarici qüvvələrin maraqlarını həyata keçirmək başqa şey.
Rəşidə Dati: “Gənclərin terrorçular tərəfindən din adı altında ələ alınmasının qarşısı alınmalıdır”

Nardaranda baş verənlər bəzi qüvvələrin dindən sadəcə maraqlarını reallaşdırmaq üçün istifadə etdiklərini göstərdi. Asayişi təmin edən dövlət orqanının əməkdaşına, polisə silahlı müqavimət göstərmək, ona qumbara atmaq, avtomatdan atəş açmağın dinlə nə əlaqəsi ola bilər? Bu, artıq terrordur, din pərdəsinə bürünən ekstremist qüvvələrin həyata keçirdiyi terror. Dövlət orqanları Nardarandakı bir qrup terrorçu ekstremistlərə qarşı ən sərt formada münasibətini ortaya qoymalıdır. Cəmiyyət daxili və xarici qüvvələrin təsiri altında olan, onların sifarişini yerinə yetirən terrorçuları rədd edir və polisin əməliyyatını dəstəkləyir. Dövlətin sabitliyi də bunu tələb edir. Elə Nardaran sakinlərinin terrorçu ekstremistlərə qarşı narazılığı da onlara qarşı sərt mübarizə aparılmasını tələb edir. Dinlə, ibadətlə məşğul olan şəxslərdə qumbara, avtomat nə gəzir axı! İbadətə qumbara ilə gedən şəxsin məqsədi Allaha ibadət ola bilməz! Sən qumbara, avtomatla “ibadət” edib, dövlətin polisini öldürürsənsə, deməli, terrorçusan. Terrorçu ekstremistlərə qarşı ən sərt formada mübarizə aparılmalı və onlar zərərsizləşdirilməlidir. Taleh Bağırzadə və dəstəsinin dinə heç bir aidiyyəti yoxdur.

Ana Qomeş: “Terrorizmə çağırışla bağlı məlumatları silməyən KİV orqanlarına, provayderlərə qarşı cinayət işi qaldırılması ilə bağlı məsələyə baxılmalıdır”

Azərbaycan cəmiyyəti terrorçu ekstremistləri rədd edir. Bu gün bütün dünya terrorçu ekstremistlərə qarşı mübarizə aparır. Fransada törədilən terror aktlarından sonra bu ölkənin hüquq-mühafizə orqanları ekstremistlərə qarşı sərt mübarizəyə başlayıb və bunu davam etdirir. Paris terroru radikallaşmanın, ekstremizmin nə qədər böyük bəla olduğunu göstərir. İstər “İŞİD” olsun, istər Nardarandakı bir qrup terrorçu ekstremist- hər ikisi məqsədlərini reallaşdırmaq üçün dindən pərdə kimi istifadə edir. Bu gün Avropa da sonu terrora gedən radikallaşmanın qarşısını almağın yollarını axtarır. Fransanın keçmiş ədliyyə naziri, hazırda Avropa Parlamentinin deputatı olan Rəşidə Dati radikallaşmanın qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilməsinə ehtiyac olduğunu açıqlayıb. Bununla bağlı qətnamə layihəsi hazırlayan Dati hesab edir ki, təcili şəkildə radikallaşmanın, avropalı gənclərin terrorçular tərəfindən din adı altında ələ alınmasının qarşısı alınmalıdır.

Yevgeniya Qvozdeva: “Gənclərin bu yola düşməsinin qarşısını vaxtında almaq lazımdır”

Avropa Parlamentinin deputatı hesab edir ki, terrorçular bir çox hallarda həbsxanalarda bəzi şəxsləri ələ alaraq sıralarına qatırlar: “Əgər həbsxanalarda məhbusları radikallaşmaq üçün ələ alanları yaxşı tanıya, onların fəaliyyətinin qarşısını ala bilsək, onların planlaşdırdığı əməliyyatların öhdəsindən gələ bilərik. Çünki onlar ələ aldıqları şəxslərin azad olunmasını səbirsizliklə gözləyirlər ki, onlardan öz məqsədləri üçün istifadə edə bilsinlər”. Rəşidə Dati “cihadçıların” qara siyahısını tərtib etməyi təklif edib. Portuqaliyalı deputat Ana Qomeş isə hesab edir ki, terrorizmə qarşı mübarizə əlavə vasitələr tələb edir. O hesab edir ki, internetdə, sosial şəbəkələrdə terrorizmə, ekstremizmə çağırışla bağlı məlumatlar dərhal silinməlidir: “Avropa İttifaqı ölkələri terrorizmə çağırışla bağlı məlumatları silməyən KİV orqanlarına, provayderlərə qarşı cinayət işi qaldırılması ilə bağlı məsələyə baxmalıdır”. Avropa Strarteji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin aparıcı eksperti Yevgeniya Qvozdeva hesab edir ki, terrorizmin qarşısını almaq üçün gənclərin radikallaşmasına imkan vermək lazım deyil. “RİA-Novosti”yə açıqlama verən Qvozdeva bildirib ki, bundan sonra terrorçuların gəncləri ələ keçirməsinin qarşısını almaq vacibdir: “Bu gün cihad adı altında terror edənlərin, Suriyada vuruşmaq üçün gedənlərin qarşısını indi yox, onlar bu yola yuvarlanan zaman almaq lazım idi. Avropada gənclərin radikallaşması ilə bağlı xəbərlər yeni deyil. Onlarla işə çox illər əvvəldən başlamaq lazım idi. Avropa ölkələrinin xüsusi xidmət orqanları bu işlə il yarımdır ki, məşğul olmağa başlayıb. Gənclər arasında radikallaşmanın artması da elə bununla bağlıdır. Gənclərin bu yola düşməsinin qarşısını vaxtında almaq lazımdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Sabah Bakıda 33, bəzi bölgələrdə 38 dərəcə isti olacaq
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info