“Əsrlərdən gələn sənətimiz“ adlı sərgi keçirilib
Tarix: 30.11.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində sərgi keçirilib.
Sərgidə ilk öncə birliyin sədri Kəmalə Məmmədli media nümayəndələrinə məlumat verib. Onun sözlərinə görə bölgələrdən olan həqiqi sənət ustalarının kəşf olunması görülən işlər içərisində ən çətini olub: “Layihəmizin əsas məqsədi - itirilməkdə olan sənətlərin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, regionlarda yaşayan gənclərə dəstək olmaq və ümumilikdə regionlarda işsizliyin azalmasına və məşğulluğun artırılmasına dəstək olmaqdır.
Təəssüflə qeyd etmək lazımdır ki, bədii sənətkarlıq növü ilə məşğul olan ustalarımız barmaqla sayılır. Sənətkarlar əsrlər boyu qoruyub saxladıqları, bu günədək atadan oğula keçirdərək bizim günümüzədək gətirib çıxarda bildikləri sənət növlərinə qarşı ictimaiyyətin və gənc nəsillərin marağı yox dərəcəsindədir. Bu layihə vasitəsi ilə ictimaiyyətin və gənclərin diqqətini itirilmək üzrə olan bədii sənətkarlığa, bədii sənət nümunələrinə cəlb etməkdir.
Artıq bu günədək Gəncə, Şəki, İsmayıllı və Qəbələ regionlarında sənətkar ustalar və gənclər ilə görüşlər aparılıb. Ustalar ilə aparılan danışıqlardan bu sahələrin inkişafını ləngidən maneələri öyrənmişik. Araşdırmaların son nəticəsi olaraq, təklif etdik ki, qısa müddət ərzində sənətkarların hazırladığı məhsulları ictimaiyyətə təqdim edək. Bu sərgi vasitəsi ilə ictimaiyyətin diqqətini milliliyin qorunmasına və yerli bazarda öz məhsullarımızın təbliğatını aparmağa çalışdıq”.
Sərgini giriş sözü ilə açan layihə rəhbəri Nəcimə Əliyeva bildirib ki, bu layihə gənclərimizə qədim sənət növlərini aşılamaqda köməkçi olacaq. Nənə və babalarımızdan qalan mədəni irsin, sənət nümunələrinin qorunması və yeni nümunələrin yaradılması üçün layihə xüsusi əhəmiyyət kəsb edəcək.
Sərgidə çıxış edən Gənclər Fondunun nümayəndəsi Şəfəq Bayramova isə qeyd edib ki, sərgi olduqca maraqlı və uğurlu bir layihənin tərkib hissəsidir. Görünür, layihənin gələcək perspektivi kimi gələcəkdə digər regionların sənətkarlarını və gənclərini də bu işə cəlb etmək və bunun vasitəsilə kiçik və orta sahibkarlığın inkişafına töhfə vermək olacaq.
Qeyd edək ki, layihədə 12 bədii sənətkar və 100- dən artıq gənc iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
17.01.2019
Qərargah: Sumqayıtda küləyin sürəti 40 m/s, dənizdə isə dalğalar 7,5 metrə çatdı
17.01.2019
Bu içki stressi azaldır
17.01.2019
“Azəriqaz“: Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb
17.01.2019
Səhiyyə Nazirliyi: Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info