“Təmiz Şəhər”dən şagirdlər üçün ustad dərsləri
Tarix: 30.11.2015 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


“Təmiz Şəhər” ASC Bakı-Oksford Məktəbinin şagirdləri üçün ustad dərsləri təşkil edib.
“Təmiz Şəhər”dən verilən məlumata görə, mütəxəssislər məktəblilərə lazımsız hesab olunan əşyalardan, tullantı materiallarından istifadə edərək əl işləri hazırlamağı öyrədiblər.
Bu cür “master-klaslar”ın keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab olunan materiallardan istifadənin mümkünlüyünün təbliğ edilməsidir.
Dərslərdə şagirdlər köhnə geyimlərdən, müxtəlif parça hissələrindən, pambıq və iplərdən istifadə edərək müxtəlif oyuncaqlar hazırladılar. Dərs zamanı uşaqlara həm əl əməyi öyrədildi, həm də bu fəaliyyətlə məşğul olarkən eyni zamanda ətraf mühitin qorunmasına da dəstək olmağın yolları göstərildi.
Bakı şəhərində tullantıların zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” mütəmadi olaraq ustad dərsləri formasında və fərqli layihələrlə ətraf mühitin qorunması sahəsində maarifləndirmə işləri görür.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info