Şəhər mədəniyyətinin təbliği haqqında maraqlı layihə
Tarix: 30.11.2015 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Bakı sakinlərindən şəhər mədəniyyəti nədir deyə soruşsanız, müxtəlif fikirlər səslənəcək. Ətraf mühitin təmizliyini qorumaq, narahatedici davranışlardan uzaq durmaq, gərəksiz yerə səs siqnalları istifadə etməmək, ictimai yerlərdə yüksək səslə danışmaq və s.
Duyğu Sosial Reabilitasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği” layihəsində iştirakçılar bu aktual mövzu ətrafında gedən müzakirələr əsasında ssenarilər hazırlayıb, çəkdikləri videolarla öz fikirlərini ifadə ediblər. Yekun videoların ilkin təqdimatı Azərbaycan Turizm və Menecment Universitetində olub.
Universitedə dekan işləyən Sevda Vəzirova tələbələrə urbanizasiya dövrünün şəhər sakinlərinin qarşısında yaratdığı öhdəliklərdən, çağdaşlığın fonunda hər bir xalqa məxsus dəyərli adət-ənənərin qorunmasının vacibliyindən danışıb. Sevda Vəzirova çəkilən sosial çarxların verdiyi mesajların vacib olduğunu və hər bir şəhər sakininin özündə davranış mədəniyyətini formalaşdırmasının həyatımıza gətirəcəyi faydalardan danışıb.
Videoçarxlar izləndikdən sonra Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və qonaqlar ilə layihə iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tələbələr layihələrdə tənqidi fikirlərin səsləndirilməsi və problemin qabardılması ilə yanaşı, bu problemlərin həlli yollarını da göstərmənin daha effektiv olacağını bildiriblər.
Layihə iştirakçıları səslənən irad və fikrilərlə razılaşaraq gələcək çəkilişlərdə bu təkliflərdən istifadə edəcəklərini qeyd ediblər. Tədbirin maraqlı anlarından biri də layihə iştirakçılarının çəkilişlər zamanı yaşadıqları maraqlı, yaddaqalan səhnələri bölüşməsi olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info