“Azərbaycan və Avropa cari problemlərin aradan qaldırılmasına köklənməlidirlər”
Tarix: 30.11.2015 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Azərbaycan və Avropa cari problemlərin aradan qaldırılmasına və perspektivli münasibətlərə köklənməlidirlər. Bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "EurActiv" jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa Parlamentinin ölkəyə qarşı mənfi qətnaməsinədək Avropa ilə gələcək əlaqələr məsələsi üzrə dəqiq və möhkəm mövqeyini ifadə edib: "Biz həmişəki kimi əməkdaşlığın ikitərəfli formatına köklənmişik".
Səfir qeyd edib ki, Avropa İttifaqının bəzi strukturları konstruktiv dialoqu məruzə və monoloqa çeviriblər: "Lakin biz tələbə deyilik. Buna görə də Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarına gəldi".
F.İsgəndərov əlavə edib ki, hazırda Azərbaycan Avropanın bir çox ölkələrilə müqayisədə yaşamaq üçün daha təhlükəsiz ölkədir: "Biz Qərb tərəfdaşlarımızın antiterror fəaliyyətinə tam və real dəstəyimizi göstəririk. Bu, əhalisinin əksəri müsəlman olan gənc dünyəvi dövlət üçün çağırışdır. Lakin bu bizim seçimimizdir. Dostluq vəziyyətdən asılı olaraq yarısı boş və ya dolu olan "su stəkanı" deyil. Dostluq həmişə tam və etibarlı olmalıdır. Bu bizim yanaşmamızdır. Bunu avropalı tərəfdaşlarımızdan da gözləyirik".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info