Füzulililər Nardaranda baş vermiş hadisələri qətiyyətlə pisləyirlər
Tarix: 30.11.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində bir qrup ekstremistin qanunsuz əməlləri nəticəsində baş vermiş hadisə respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da etirazla qarşılanıb.
Füzuli rayon ictimaiyyəti bu hadisə ilə bağlı bəyanat qəbul edib. Bəyanatda Azərbaycandakı ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, ən əsası xalqla dövlətin birliyini istəməyən xarici qüvvələrin təsirinə düşərək hərəkət edən ekstremist Taleh Bağırzadə və ətrafındakıların respublikada çaşqınlıq, xaos yaratmaq cəhdləri qətiyyətlə pislənilir. Bildirilir ki, füzulililər xalqın, dövlətin və dövlətçiliyin keşiyində dayanan, öz peşə funksiyasını yerinə yetirən polis əməkdaşlarına qarşı çıxanları, ona silah qaldıranları lənətləyir, dövlətə qarşı hər hansı xəyanəti qəti şəkildə pisləyir, bunu təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını tələb edirlər.
Füzuli sakinləri hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, Prezident İlham Əliyevin ətrafında birləşdiklərini bəyan edirlər. Füzulililər bildirirlər ki, Azərbaycanın bir düşməni var. O da torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistandır. Bu gün hər bir azərbaycanlı dövlətimizin başçısının ətrafında sıx birləşməli, ümumi düşmənimizə qarşı mübarizə aparmalıdır.
Füzulililər Taleh Bağırzadə və onun əlaltılarının hərəkətlərini düşmən dəyirmanına su tökmək kimi dəyərləndirirlər. Rayon sakinləri dünyada tolerantlığın, multikulturalizmin nümunəsi hesab edilən Azərbaycanda din pərdəsi altında silahlı təxribatlar törətmək, qarşıdurma yaratmaq istəyən ekstremist qüvvələrin cəhdlərinin qarşısının bundan sonra da qətiyyətlə alınacağına əminliklərini ifadə edirlər.
Bəyanatda deyilir: “Azərbaycan dünyəvi, bəşəri, hüquq dövlətidir. Heç bir qüvvə xalqla dövlətin birliyini sarsıda bilməz. Azərbaycanda hər bir vətəndaş qanuna və qanunlara hörmətlə yanaşmalıdır. Qanunlara hörmətlə yanaşmayan, ona qarşı çıxanlar isə layiqli cəzalarını alacaqlar”.
Rayon sakinləri inanırlar ki, ölkəmizdə qarışıqlıq salmaq, təxribatlar törətmək istəyənlərə hüquq mühafizə orqanları tərəfindən layiqli cəza veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə“ mövzusunda beynəlxalq konfrans
19.06.2019
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19.06.2019
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19.06.2019
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19.06.2019
Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info