Avropa bazarına necə meyvə şirəsi ixrac etmək olar?
Tarix: 30.11.2015 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssis Ramil Əzməmmədovun “Avropa Birliyindən kənar ölkələrin məhsullarının AB və Macarıstan meyvə şirəsi bazarına girişi” (Access to The EU and Hungary Fruit Juice Market: With Product of Non-EU Countries) adlı ingilis dilində kitabı nəşr olunub. Beynəlxalq ticarət mövzusunda olan kitabda Avropa Birliyindən kənar ölkələrin öz məhsullarını Avropa bazarına necə çıxara bilər, hansı prosedurlardan keçməli, məhsul hansı şərtlərə cavab verməlidir və s. kimi lazımlı məlumatlar vurğulanıb. Bundan əlavə kitabda aşağıdakı məqamlar da öz yerini tapıb: AB ticarət siyasətinin təhlili, AB bazarının ticari dinamikası, AB-nin və Macarıstanın meyvə şirəsi bazarının təhlili, Macarıstanda ticarət, AB meyvə şirəsi bazarında ehtimal olunan tələb, AB meyvə şirəsi bazarının SWOT analizi, AB ilə digər ölkələr arasında iqtisadi münasibətlər, AB bazarına ixracat prosedurları,
Ramil Əzməmmədov bildirib ki, bu kitab AB-nə meyvə şirəsi ixrac edən şirkətlər üçün AB meyvə şirəsi bazarının genişlənməsi və daralması fonunda müvafiq qiymətlərin təklif edilməsi və məhsul çeşidinin artırılması kimi marketinq strategiyasının və ixracat planının hazırlamaları yönündə istiqamət göstərəcək: “Macarıstanda bu sahədə çalışdığım 3 il ərzində əldə etdiyim təcrübənin kitabın ərsəyə gəlməsində çox böyük rolu var. Əminəm ki, bu kitab meyvə suyu istehsal edən şirkətlər, distributorlar və AB ölkələrinə məhsullarını satmaq istəyən ticari şirkətlər üçün çox faydalı olacaq”.
Kitab Almaniyanın LAMBERT Akademik Yayım Evi tərəfindən çap edilib. Qiyməti 35 ABŞ dolları olan kitabın bu saytlarda online satışı var: www.amazon.com, www.morebooks.de, www.ljubljuknigi.ru.
Xatırladaq ki, Ramil Əzməmmədov 1986-cı ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub. Orta təhsilini Ağdaş Rayon 7 saylı məktəbdə alıb. Bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Mühəndis İqtisadiyyatı və İdarəetmə” fakültəsində alıb. İlk magistr təhsilini 2009-2010-cu illərdə ADAU “İstehsal Sahələrinin İarə edilməsi” fakültəsində, növbəti magistr təhsilini isə BMT-nin FAO təqaüd proqramı çərçivəsində 2010-2012-ci illərdə Macarıstanın Szent İstvan Universitetində “K/T-nın İnkişafı və İdarə edilməsi” sahəsində alıb. 2012-2015-ci illərdə Macarıstanda ticari şirkət quraraq Azərbaycan məhsullarının Avropa Birliyi ölkələrinə satışını təşkil edib. Bir neçə aydır ki, Azərbycana qayıdıb və hazırda Azersun Holding-də Proje Nəzarətçisi vəzifəsində çalışır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info