Rusiyadan TÜRKSOY-la əməkdaşlığa qadağa
Tarix: 30.11.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Rusiyanın türkdilli federasiya subyektləri TÜRKSOY təşkilatı ilə əməkdaşlığı dayandırmağa başlayıblar.
TASS-ın verdiyi məlumata görə, artıq Xakasiya və Tıva respublikaları bu təşkilatla əlaqəni kəsdiklərini bəyan ediblər. “Biz Rusiya Mədəniyyət Nazirliyinin mövqeyini dəstəkləyirik və bu təşkilatla bütün əlaqələri dərhal dayandırırıq. Daha əvvəl biz beynəlxalq televiziya musiqi yarışması olan “Türkvision”da iştirak edirdik. İndi biz bu sahədə də əməkdaşlığı davam etdirməyi düşünmürük”, - deyə Xakasiya mədəniyyət nazirinin müavini Yuliya Troşkina deyib. Eyni zamanda Tıva vilayətinin mədəniyyət nazirinin müavini Vera Lapşakova da gələn illərdə TÜRKSOY-la heç bir layihə planlaşdırmadıqlarını açıqlayıb.
Qeyd edək ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiya respublikalarına TÜRKSOY-la əlaqələri dərhal kəsmək barədə müraciət ünvanlayıb. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, qərara səbəb Türkiyənin Rusiyaya məxsus "Su-24" təyyarəsini vurduğu üçün hələ də üzr istəməməsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info