Səlim Müslümov: “3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri 5,7 faiz çoxalıb”
Tarix: 30.11.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı barədə səfirə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Aparılan uğurlu iqtisadi islahatların güclü sosial siyasətlə tamamlandığını bildirən S.Müslümov nəzərə çatdırıb ki, cari ilin 10 ayında 3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxalıb. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz təşkil edib.
Nazir qeyd edib ki, əmək ehtiyatlarından səmərəli istifadə ölkəmizdə iqtisadi tərəqqinin xarakterik cəhətidir. 2004-cü ildən sonrakı dövrdə 1,4 milyondan çox yeni iş yeri açılmaqla, işsizlik 4,9 faizə enib. Respublikada iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı növbəti ildə də yeni iş yerlərinin açılması prosesinin və əmək bazarında sabitliyin davam edəcəyinə təminat yaradır”.
S.Müslümov ölkə əhalisinin təqribən 22 faizdən çox hissəsini əhatə edən sosial təminat sisteminin inkişafı, əmək bazarına nəzarətin təkmilləşdirilməsi yönündə aparılan islahatlara da toxunub: “Ötən ildən respublikamızda tətbiq olunan əmək müqavilələrinin elektron qeydiyyat sistemi hazırda dünyada innovativ yanaşmaları əks etdirən mütərəqqi iş təcrübələrindən biri kimi dəyərləndirilir. Bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında mühüm rol oynayır”. Meksika ilə əlaqələrin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu əməkdaşlığın əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.
R.Labardini Azərbaycanda iqtisadi inkişaf istiqamətində əldə olunan nailiyyətlərin, habelə iqtisadiyyatın artımının sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunmasının Meksika tərəfindən daim maraqla izlənildiyini bildirib. Səfir iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində də əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin onun ölkəsi üçün də xüsusi önəm kəsb etdiyini və bunun üçün səylərini göstərəcəyini diqqətə çatdırıb.
Görüşdə Meksikanın sosial müdafiə sistemi barədə də ətraflı məlumat verilib. Azərbaycan və Meksika arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info