“Əminik ki, dini icmalar siyasi oyunların iştirakçısına çevrilməyəcək”
Tarix: 15.02.2013 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb. Bu barədə komitədən qəzetimizə məlumat verilib.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, millət vəkilləri, cənub rayonlarının icra strukturları, eləcə də QMİ Elmi-Dini Şurasının rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.
Əvvəlcə seminar iştirakçıları Lənkəran şəhərində ümummilli Lider Heydər Əliyevin adını daşıyan mərkəzdə ulu öndərin abidəsi önünə əklil qoymuş və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra konfrans öz işinə başlayıb.
Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Lənkərandakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdırıb. Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışıb, bildirib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan, milli-mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Bununla yanaşı unutmamalıyıq ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dövət komitəsi olaraq bu iş üçün hər cür şərait yaradırıq. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar”
Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siysiləşdirmə meyillərindən də danışıb. Qeyd edib ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: “Ancaq inanırıq və əminik ki, dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər. Dini icmaların mütləq əksəriyyətinin dövlətçilik mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir.”
E.İskəndərov çıxışının sonunda dövlətin din siyasətini həyata keçirən komitənin əsas fəaliyyət istiqamətlərindən birinin maarifləndirmə işi olduğunu önə çəkib. Daha sonra çıxış edən Allahşükür Paşazadə bildirib ki, bu konfrans sayca ikinci olsa da, sonuncu deyil: “İlk növbədə dövlət komitəsinə belə bir təşşəbüsü üçün bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu cür tədbirlər ölkə dindarlarının maarifləndirmə işində mühüm rol oynayacaq”.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə deyib ki, belə tədbirlər ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət, dövlətin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür. Digər natiqlər də din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında regional konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar. Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info