Terrora dəstək olan “Milli Şura” başçıları da məsuliyyət daşıyırlar
Tarix: 01.12.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Əhməd Oruc: “M illi şura”nın radikallığın, pozucu fəaliyyətin, yalançı dini təşkilatın tərəfində durması gözlənilən idi”

Yarandığı gündən “milli şura” adlanan qurumun Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğu hər kəsə bəllidir. Özündə əsasən radikal müxalifət nümayəndələrini birləşdirən bu təşkilatın yaxın keçmişdə anormal fəaliyyətinin də şahidi olduq. Təsadüfi deyil ki, onlar Nardaran hadisələrindən də, bu mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışırlar.
Onların son fəaliyyətləri də göstərdi ki, “milli şura” Azərbaycanın nüfuzunu zədələmək üçün xarici antiazərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdır.
Hətta bu qurum və onun başında duran antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri “Müsəlman Birliyi Hərəkatı” adlanan terrorçu təşkilatı müdafiə etmiş, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışdılar. Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən “milli şura” bundan öz antimilli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edirvə yararlanmağa çalışır.
Bununla “milli şura” Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verdi və terrorçularla həmrəy olduğunu açıq göstərdi.
“Milli şura” nəinki ən ciddi qınaq obyektinə çevrilməlidir, onun terrora dəstək verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Azadlı Partiyasının sədri Əhməd Oruc “Palitra”ya danışaraq bu qurumun belə mövqe sərgiləməsini kəskin şəkildə pislədi:
“Öncə onu deyim ki, ölkənin hər hansı bir yerində hansısa bir qəsəbə və ya kənd, kənar təsirlərin təhriki ilə hakimiyyətə silahlı şəkildə, zor, barrikada müstəvisində etiraz fikrinə düşə bilməz və bu yolverilməzdir. Əslində Nardaranda bu dini siyasətə qatmaq prosesləri uzun illər idi ki, gedirdi və bizim tolerantlığımızdan istifadə edən bəzi qüvvələr İmam Hüseyn meydanında Azərbaycanın bayrağı əvəzinə başqa ölkənin bayrağını da asmışdılar. Yəni, buradan görünürdü ki, orada daha çox kütlə yox, bəzi qurumlar din pərdəsi altında fəaliyyət göstərmək istəyirlər. Həmişə vurğulamışam ki, belə məsələlərdə siyasi qüvvələr həmrəy olmalıdır, hansısa qüvvənin dövlətimizə qarşı bir kənd və ya hansısa kütləni alətə çevirmək cəhdinə biganə qalmamalıyıq”.
Əhməd Oruc onu da vurğuladı ki, yalançı dindarlar burada əsasən uzaqgörənliyi olmayan təbəqə-gənclərdən alət kimi istifadə etməyə cəhd etdilər: “Amma vaxtında bunun qarşısı alındı. Son proseslər bir daha göstərdi ki, bu cür olaylara vaxtında düzgün qiymət verilməlidir. Bir daha deyirəm ki, bu kənddə təriqətçiliyin də önə çəkilərək siyasi qalmaqal yaradılması başqa ölkədən maliyyələşən və yönləndirilən qüvvələrin olduğuna bariz nümunədir. Fanatizm heç vaxt heç kimə xeyir gətirməyib. Din dindir. Bundan alət kimi istifadə edib fanatiklər yetişdirməyə heç bir demokratik dövlət yol verməz, nəinki Azərbaycan. Bu cür məsələlərdə qətiyyətli mövqe sərgiləmək lazımdır. Görünən odur ki, hakimiyyət bu cür məsələlərə nəzarəti əldən vermir”.
Onun sözlərinə görə, bütün siyasi qüvvələr də belə durumda dövlətçi mövqedən çıxış etməlidir. Radikal müxalifətçilərin pozucu fəaliyyətə dəstəyi isə onların gələcəkdə özünün varlığını sual altına qoyacaq: “Azərbaycanda beş min kənd var. Nardaran kəndinə heç kimin mənfi münasibəti yoxdur və mənim də... Amma nəyə görə bu kənd kommunal xidmətlərin pulunu ödəməməlidir? Sərhəd kəndlərində hamımızdan çətin, riskli, ağır şəraitdə yaşayan kəndlilər isə bütün kommunalları ödəyirlər. Dövlətə şərt qoymaq olmaz. Bu, səni, kəndi yox, milyonları idarə edib hər şeylə təmin edən sistemdir.
Qısası, bu məsələdə “milli şura”nın radikallığın, pozucu fəaliyyətin, yalançı dini təşkilatın tərəfində durması qəbuledilən deyil. Belə çıxır ki, bu minlərlə kəndin hərəsi hansısa xarici dövlətin beş, üç manatı və ya vədləri ilə pozuculuq fəaliyyət göstərsələr, barrikadalar qursalar, müxalif qüvvələr də buna dəstək verəcəklər?! Bu hansı məntiqə sığır axı? Elə deyil. Azərbaycanda qayda var, qanun var, mübarizənin də dinc, sivil yolları var. Hansısa bir dindar dinc şəkildə ibadətlə məşğul olursa və hakimiyyət ona qarşı addım atsa onun tərəfində olaram. Amma bu gün ölkəmizdə belə fəaliyyət olmayıb axı. Əksinə, kor olmaq gərəkdir ki, dünyanın hər yerindən bizə tolerantlığa, dini icmaların, dindarların fəaliyyətlərinə yaradılan şəraitə tərifləri görməyəsən! Burada məsələlər başqa idi amma. Qanunsuz fəaliyyət göstərən dini təşkilatın rəhbəri həbs edildi və bəzi gənclər də onun müdafiəsinə qalxmaq istədilər. Görünür, “milli şura” da çalışır kəndin rəğbətin, qazanıb, siyasətə sosial problemləri də qatsın. Hakimiyyət nəinki Nardaran olaylarındakı xarici qüvvələrin əli ilə bağlı öz tədbirlərini görməli, bu gün buna dəstək olmaq istəyən bu daxili qüvvələr-radikal müxaliflərə qarşı da müəyyən addımlar atmalı, azından xəbərdarlıqlar edilməlidir. Pozuculuq fəaliyyəti siyasi mübarizə metodu olmamalıdır. Bu qurumun polis ölümünə adi baxmasında təəccüblü heç nə görmədim. Azərbaycanda real güclü müxalifət formalaşmalıdır, nəinki radikal müxalifət. Real müxalifət formalaşmır, çünki cəmiyyət dəstəkləmir. Radikallara isə ciddi təzyiqlər olmur. Radikal dini cərəyanların rəğbətini qazanmağa cəhdi bir daha pisləyirəm. Hər kəs gözəl bilir ki, “milli şura”ya toplanan qüvvələr həmişə kənar qüvvələrin ölkədə pozuculuq fəaliyyətinə dəstək olublar. Bunlar uzun müddət Qərbdəki bəzi dairələrin maraqlarını müdafiə ediblər. İndi də bəzi ekstremist qüvvələrin aktivləşməsi prosesindən də siyasi səhnədə nəyəsə nail olmağa çalışırlar. Onlar nəyin hesabına olur-olsun, Azərbaycanın sabahını düşünmədən sifarişlərlə siyasi meydanda qalmağa çalışırlar. Bu qüvvələri qınayıram, belə xətt səhvdir. Milli maraqları düşünən normal siyasi qüvvələr müxalifətdə olmalıdır. Bir balaca xaotik vəziyyətə cəhd olanda 90-cı illəri Azərbaycana daşımağa çalışmaq heç bir xalq tərəfindən dəstəklənməz nəinki, bu olaydan başı dərd çəkmiş azərbaycanlılar ola. Onsuzda “milli şura” müəmmalı siyasi təşkilatların istənilən siyasi sifarişinə hazır vəziyyətdə dayanmışdı. Bu mənada Nardaran olaylarına haqq qazandırıb həmrəylik göstərmələri adi qarşıladım”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info