Azay Quliyev “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsinin önəmindən danışıb
Tarix: 01.12.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Polşanın “Parnas” təşkilatının rəhbəri Lukaş Qolota, adıçəkilən qurumun Erasmus+ proqramı üzrə koordinatoru Maqdalena Çarneçka və Polşa-Azərbaycan Assosiasiyasının sədri David Sesuda ilə görüş keçirilib. Görüşdə eyni zamanda “Parnas” təşkilatının “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsi çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri də iştirak edib. Lukaş Qolota Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında ətraflı məlumat verib.
Təşkilat sədri yazı müsabiqəsi çərçivəsində Böyük Britaniya, Cənubi Korea, Çexiya, Fransa, Polşa, Ukrayna və başqa ölkələrin universitetlərində və digər tədris mərkəzlərində Azərbaycana böyük marağın olduğunu müşahidə etdiklərini deyib. Müsabiqə Azərbaycan mədəniyyəti, tarixi, müasir inkişafı, multikultralizm və digər mövzuları əhatə edib. L. Qolota müasir, dinamik inkişafa malik ölkəmizlə əyani tanışlıqdan müsbət təəsüratlar əldə etdiklərini və mövcud əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Maqdalena Çarneçka azərbaycanlı tələbələrin Polşada təcrübə mübadiləsinə keçməsinə yardımçı ola biləcəyini qeyd edib. Şura sədri, millət vəkili Azay Quliyev inkişaf etməkdə olan Azərbaycan-Polşa münasibətlərindən və rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Azay Quliyev “Azərbaycan-Şərqin Avropa Cazibəsi” layihəsinin ölkəmizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlığın perespektivləri müzakirə edilib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info