Boks tarixində yeni çempion - Tayson Furi
Tarix: 01.12.2015 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Boks üzrə super ağır çəki dərəcəsində dünya çempionu (WBA, WBO, IBF və IBO versiyaları), ukraynalı Vladimir Kliçko noyabrın 29-da britaniyalı boksçu Tayson Furiyə uduzaraq 2004-cü ildən özündə saxladığı çempion titulunu əldən verib.
Düsseldorfdakı “Esprit Arena”da 12 raundda keçirilən döyüşdə britaniyalı boksçu rəqibinə hakim qərarı ilə qalib gəlib. Belə ki, Tayson Furi üç hakimin ortaq qərarı ilə (115-112, 115-112, 116-111) qalib gələrək yeni çempion kimi adını boks tarixinə yazdırıb. Bununla da 27 yaşlı Tayson Furi keçirdiyi 25-ci qarşılaşmada da qalib gələrək məğlubedilməzlik seriyasını qoruya bilib. İngiltərəli idmançı bu qələbələrin 18-də nokautla qalib gəlib. Matçdan əvvəl təşkilatçılarla idmançılar arasında imzalanan müqaviləyə görə Kliçko bu görüşü uduzduğu halda 18 milyon dollar gəlir əldə edəcəkdi. İngilis boksçu isə qalib gəldiyi üçün 8 milyon dollar qazanıb. Qeyd edək ki, boks tarixinin yeni çempionuna Tayson ismi əfsanəvi amerikalı boksçu Mayk Taysonun şərəfinə verilib. Belə ki, yeni çempionun atası 1988-ci il iyunun 27-də keçirilən döyüşdə Spinksi nokaut edən amerikalı boksçunun şərəfinə həmin qarşılaşmadan ay yarım sonra - avqustun 12-də dünyaya gələn oğluna Tayson adını verib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info