Karateçimiz Yaponiyada gümüş medal qazanıb
Tarix: 01.12.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Karate üzrə Azərbaycan milli komandasının kapitanı Şahin Atamov (+84 kq) Yaponiyada Premyer Liqanın gümüş medalını qazanıb.
İdmançımız finalda İran milli komandasının favoritlərindən Səyad Gənczadə ilə (fərdi yarışlarda son dünya ikincisi və komanda yarışlarında çempion) üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə bitsə də, beş hakimdən 3-ü qələbəni (xante ilə) rəqibə verib. Azərbaycan karateçisi isə fəxri kürsünün ikincisi olub. Bu medal Ş. Atamovun (şəxsi məşqçisi Şahin Xudaverdiyev, milli komandada məşqçisi Rəhman Hətəmov) 2015-ci il Premyer Liqalarında 3-cü gümüş mükafatıdır. Yanvarda Parisdə 2-ci yeri tutan Ş. Atamov fevralda Hollandiyanın Almere şəhərində analoji turniri də eyni nəticə ilə başa vurub. Bundan başqa, dünya reytinqində 5-ci olan karateçi Yaponiyada qazandığı gümüş medalla 3-cü pilləyə yüksəlib. Qeyd edək ki, Okinavada Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından ilin son nüfuzlu yarışında 38 ölkədən 207 idmançı iştirak edib. Turnirdə Azərbaycanı yalnız Şahin Atamov təmsil edib. Azərbaycan karateçilərinin növbəti Premyer Liqa turniri 2016-cı ilin yanvarında Parisdə keçirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar“ siyahısında birinci olub
21.02.2019
Yunan-Roma güləşçilərimiz Macarıstanda Qran-Pridə iştirak edəcəklər
21.02.2019
Çempionlar Liqasında ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib
21.02.2019
Ronaldo “Atletiko“ya sataşıb: “Mən Çempionlar Liqasını beş dəfə qazanmışam”
21.02.2019
UEFA Çempionlar Liqası: “Yuventus” “Atletiko Madrid”ə məğlub olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info