“Gülhüseyn Abdullayev böyük perspektiv vəd edən pilotdur”
Tarix: 01.12.2015 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Campos” az sayda komandalardandır ki, həm GP2, həm də GP3 yarışlarında çıxış edir. Bu yarışlarda iştirak “Formula-1”-in başlanğıcı hesab olunur.
Bu sözləri Barselonanın “Campos” komandasının texniki direktoru Filip Qautheron deyib. F.Qautheron bildirib: “Komandamıza yeni qoşulmuş azərbaycanlı pilot Gülhüseyn Abdullayev çox istedadlı və yüksək sürət nümayiş etdirən gəncdir. İdmançının bizim komandaya qoşulması qısa vaxt olsa da ona böyük ümidlər bəsləyirik. Gülhüseyn Abdullayev GP3 yarışlarında çıxış edəcək. Həmçinin biz onu “Formula-3” yarışlarına da hazırlayırıq. Qarşıda onu ciddi hazırlıq mərhələsi gözləyir. Biz onun üçün xüsusi proqram hazırlamışıq. İnanıram ki, o, böyük nailiyyətlər qazana biləcək”.
Mütəxəssis vurğulayıb ki, Gülhüseyn Abdullayev GP3 yarışlarında böyük təcrübəyə malik pilotlarla eyni nəticələr göstərir. Həmyerliniz böyük perspektiv vəd edən idmançıdır. Gənc pilotla tanışlığımız bir neçə ay əvvəl Valensiya yaxınlığında təşkil olunan yarışda oldu. Həmin turnirdə onun göstəriciləri yüksək olduğu üçün biz onunla maraqlandıq və komandamıza cəlb etdik. Qeyd edək ki, irimiqyaslı turnirlərin mükafatçısı olan “Campos” komandasının “Formula-1” yarışlarında bir çox yetirmələri var. Bunlar arasında Fernando Alonso və Serxio Peres də var.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info