“Nardaranda polisə qarşı silah işlədilməsi terrordur”
Tarix: 01.12.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsil sahəsində təkliflərlə çıxış edəcək

“Azərbaycanda hər kəs qanuna tabe olmalıdır. Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı polisə müqavimət göstərilib. Dünyanın heç yerində qanuni fəaliyyətini həyata keçirən dövlət qurumlarına bu cür müqavimət göstərilmir, göstərilən yerdə də cəzası verilir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, Nardaranda baş verən hadisələrə görə məsuliyyət bunu törədənlərin üzərinə düşür: “Bu şəxslərin bir qismi saxlanılıb, istintaq-əməliyyat işləri aparılır, onlarla bağlı olan şəxslər də müəyyənləşdirilir.
Nardaranda polisə qarşı silah işlədilməsi ağır əməldir, bu, faktiki terror əməli kimi dəyərləndirilir. Nardaran əhalisi bu cür hərəkətlərin törədilməsinə imkan verməməlidir. Azərbaycan ictimaiyyəti milli təhlükəsizliyimizin, ictimai asayişin qorunması ilə bağlı atılan addımları dəstəkləyir”. M. Qurbanlı Nardaranda müxtəlif bayraqların asılmasına da toxunub: “Azərbaycanda bayraq haqqında qanun var. Bayraq qaldırmaq ehtiyacı olan yerdə Azərbaycan dövlət bayrağı qaldırılmalıdır. İdman yarışları və digər tədbirlərdə bayraq qaldırıla bilər, bu da qanunla tənzimlənir. Nardaranda isə dini atributlar hesab olunan və qanunla yayılması və təşviqi qadağan edilən bayraqlardan, atributlardan istifadə edirlər. Yerli-yersiz divarlara, Nardaranın mərkəzində divarlara şüarlar yazırlar. Bunlar qanunla qadağan edilən hərəkətlərdir. Müxtəlif bayraqlardan istifadə də qanuna ziddir”. Mübariz Qurbanlı deyib ki, dini etiqad azadlığı haqqında qanuna müxtəlif əlavə və dəyişikliklər edilməlidir: “Bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus modeli daha da təkmilləşdirməliyik”. M. Qurbanlı bildirib ki, kimlərinsə din adı altında milli maraqlara, dövlətə, milli ideologiya olan azərbaycançılığa zidd fəaliyyət göstərməsinə imkan verilməməlidir M. Qurbanlı komitənin dini təhsil sahəsində təkliflərinin olduğunu söyləyib: “Azərbaycanın dini ayinlər icra olunan məbədlərdə, məscidlərdə, qeyri-islami ocaqlarda bu və ya digər dini ayin icra edən şəxs mütləq ilkin dini təhsili Azərbaycanda almalıdır. Çünki bəziləri 5-10 il başqa ölkələrdə təhsil alıb, sonra gəlib təkrar burada təhsil alır, deyirlər ki, bəli, Azərbaycanda dini təhsil almışam. Bu da məntiqli deyil. İlkin dini təhsildən sonra hansısa ölkəyə yüksək dini təhsil almaq üçün getməyi də sistemləşdirmək lazımdır. Din-dövlət münasibətlərində elə bir model tətbiq olunmalıdır ki, burada kimlərsə dini siyasiləşdirməsin, dindən sui-istifadə edə bilməsin”.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info