Hava limanına gediş asanlaşdı
Tarix: 01.12.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Ötən gün “BakuBus”ın daha bir avtobusu sərnişinlərin xidmətinə verilib. Hava limanı-“28 May” metro stansiyası xətti üzrə istifadəyə verilən Neoplan avtobuslarının ilk sərnişinləri jurnalistlər oldu. Bu xətt üzrə hazırda 5 avtobus fəaliyyət göstərəcək və gediş haqqı 1 manat 30 qəpikdir.
Xüsusi komfortla hazırlanmış alman avtobuslarında mini mətbəx, soyuducu, Wi-Fi, ayaqyolu kimi xidmətlər təqdim olunub. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Ayaqüstə sərnişin daşımayan avtobusların tutumu 48 nəfərdir. Yolboyu sərnişinlərə xüsusi 60-70-ci ilin Azərbaycan bəstəkarlarının mahnıları təqdim olunur. Neoplan avtobusları 24 saat fəaliyyət göstərəcək. Həm hava limanından, həm də “28 May” metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub və 30 dəqiqə ərzində mənzil başına rahatlıqla çata biləcəksiniz. Gediş haqqı digər avtobuslarda olduğu kimi, Bakıkartla ödənir. "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, sözügedən avtobuslar "Koroğlu" metro stansiyasında 1 dəqiqə fasilə etdikdən sonra birbaşa Hava limanına hərəkət edəcək. O, ilkin şəkildə "BakuBus"ın Bakının mərkəzi küçələrini əhatə etməklə 14 xətt marşrutu üzrə sərnişinlərin istifadəsində olması nəzərdə tutulduğunu dedi: “Hazırda "BakuBus"ın avtobusları 8 xətlə sərnişinlərin ixtiyarındadır. Bunlar 1, 2, 3, 6, 8, 14 saylı marşrutlarımızdır". N.Allahyarova paytaxtda şəhərdaxili sərnişindaşımada iritutumlu, 18 metrlik avtobusların (qarmoşkalı avtobuslar) da xəttə buraxılacağını dedi: “Hələ ki, 18 metrlik avtobuslar şəhərdaxili sərnişindaşımada testdən keçirilir. Bu avtobusların paytaxtda şəhərin mərkəzində xətlərdə istifadəsi nəzərdə tutulub. Amma, hələ ki test mərhələsindədir. İndidən, hansı xətlərə buraxılacağını söyləmək tezdir. Sınaqdan keçirilən avtobus 170 nəfər tutur, uzunluğu 18 metrdir. Fransanın ən məşhur şirkətlərindən birinin istehsalıdır”. N.Allahyarova bildirdi ki, hələlik sözügedən avtobusun Bakıya neçə ədəd gətiriləcəyi və nə vaxtdan xəttə buraxılacağı barədə məlumat yoxdur. O vurğuladı ki, bütün bunlar testin nəticələrindən sonra bəlli olacaq: "Həm yol, həm də sərnişin tutumu baxımından test üçün uyğun olan marşrutu seçmişik. Testin nəticələrinə uyğun addım atacağıq. Hissələri qarmoşka ilə ayrılan avtobusun şəhərdə hərəkətinin rahat olub-olmaması hələ məlum deyil”. N.Allahyarova noyabrın 29-da "BakuBus"ın sürücüsü Oqtay Novruzovun sərnişin tərəfindən döyülməsi faktına da aydınlıq gətirdi. O bildirdi ki, sərnişin tərəfindən döyülən sürücüsü cərrahiyyə əməliyyatı olunacaq. N. Allahyarova dedi ki, "BakuBus” şirkətində qoyulan əsas qaydalardan biri də sərnişinlərin dayanacaqdan kənarda saxlama xahişini, tələbini yerinə yetirməməsi ilə bağlıdır: "Bununla bağlı sürücülərə xüsusi tapşırıqlar verilir. Avtobusun daxilində baş verənlər isə kamera ilə izlənilir. Noyabrın 29-da isə bizim şirkətə məxsus xətdə xoşagəlməz hal baş verib. Sərnişin sürücüdən dayanacaqdan kənarda saxalamağı istəyib və bu zaman sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Müdaxilə edən başqa bir sərnişin isə "BakuBus”ın sürücüsünə ağır bədən xəsarətləri yetirib. Biz sürücü ilə görüşdük, nə qədər ağır xəsarət alsa da, sərnişin barədə bir kəlmə də pis söz demədi. Həmin sürücü əməliyyat olunacaq. Həmin sərnişin barəsində isə artıq hüquq-mühafizə orqanlarına müarciət olunub. Hadisə ilə bağlı bizim şirkətin vermək istədiyi açıqlama odur ki, sərnişinlərin sürücülərin işinə müdaxiləsi qəza ilə nəticələnə bilər və bütün sərnişinlər üçün bu təhlükə törədə bilər. Odur ki, bütün sərnişinləri sürücü ilə münasibətdə diqqətli olmağa çağırırıq”. N. Allahyarova son olaraq onu da qeyd edib ki, sürücü Oqtay Novruzov bir neçə dəfə kameralara müsbət əməlləri ilə düşüb: “Biz bir neçə həftə əvvəl kamera görüntülərinə baxan zaman gördük ki, Oqtay pandusu açmaqla qalmır, özü avtobusdan düşərək fiziki məhdudiyyətli sərnişinlərə minmək üçün kömək edir. Bu gün isə o, qaydalara əməl etdiyi üçün döyülüb. Əziz sərnişinlər, siz qayda istədiniz, biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz, biz sürücülərimizlə hər həftə təlim keçirik. Siz nə istədinizsə, biz etdik. Bizim istəyimiz isə, sadəcə, qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmamağınızdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info