“Müxalif qüvvələr və xaricdə onlara dəstək verənlər Azərbaycan əleyhinə təxribat törədirlər”
Tarix: 01.12.2015 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Nardaran qəsəbəsində baş verən son hadisələrə Azərbaycanda müəyyən müxalifət qüvvələrinin, eləcə də “milli şura”nın ayrı “don” geyindirməsi və bunu əhalinin sosial problemləri, qəsəbə əhalisinin incidilməsi ilə əlaqələndirməsi çox təəssüfedici haldır”.
Bunu “Trend”ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Nardaranda baş verənləri xoşagəlməz hal adlandıran deputat qeyd edib ki, qəsəbədə əhali incidilmir və hər hansı təzyiqə məruz qalmır.
Deputat qeyd edib ki, Nardaran hadisələrinə belə “don”un geyindirilməsi təxribatdır.
Din pərdəsi altında İraq, Suriya və digər ölkələrdə bir çox hadisələrin baş verdiyini xatırladan T.Rzayev əlavə edib ki, Nardaranda baş verənlərin islam dini ilə heç bir əlaqəsi yoxdur: “Nardaranlıların dinə, Allaha bağlı olmasından istifadə edərək onları əyri yola çəkmək istəyirlər. Nardaranlılar buna getməməlidirlər, çünki onlar müəyyən dairələr tərəfindən aldadılırlar. Bu, Nardaranda baş verən birinci hadisə deyil. Çox təəssüflər olsun ki, daxildə olan müxalif qüvvələr, eləcə də xaricdə onlara dəstək verənlər nardaranlılarla birləşərək Azərbaycan əleyhinə müəyyən təxribatlar törədirlər. Əslində, qəsəbədə baş verənləri bütün nardaranlıların adına yazmaq olmaz. Bu hadisələri din pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək istəyən bir qrup ekstremist qüvvələr törədir, özlərinə lazım olan bir necə adamı ətraflarına yığaraq təxribatlar həyata keçirmək istəyirlər”.
T.Rzayev qeyd edib ki, Nardaranın sözükeçən, ağsaqqal insanları özlərində iradə taparaq bu hadisələri obyektiv qiymətləndirməli və bu hadisələrin Azərbaycana qarşı törədilən təxribat, ölkədə ictimai-siyasi sabitliyin pozulması cəhdi olduğunu başa düşməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
16.01.2019
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
16.01.2019
Sarkozi Azərbaycan-Fransız Universitetində olub
16.01.2019
İsveçrə səfiri icma rəhbəri Tural Gəncəliyevlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info