“Saxlanılanların əksəriyyəti başqa ölkənin ərazisində təlim keçiblər”
Tarix: 01.12.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


"Heç kəs dövlət qarşısında şərt qoya bilməz". Bunu Nardaranda əməliyyat keçirilməsinə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S. Novruzov bildirib ki, Azərbaycan vətəndaşı qanuna tabe olmalı, heç bir ayrı-seçkilik olmamalıdır: “Dövlətə qarşı ərköyünlük şəraiti yaratmaq olmaz. Dövlətin hansısa kənddən çəkindiyini söyləmək də düzgün deyil. Din xadiminin əlində Quran olur, avtomat, qumbara yox. Bu, sırf təhlükəsizlik məsələsidir. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, hər bir vətəndaş qanuna tabe olsun, sabitlik qorunsun”.
S. Novruzov qeyd edib ki, Nardaranda baş verən adi kriminal hadisə deyil: "Burada ixtisaslaşmış, xüsusi hazırlanmış dəstədən söhbət gedir. Saxlanılanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur, başqa rayonlardan gəlib, başqa ölkənin ərazisində təlim keçiblər. Bu, sırf terror hadisələrinin həyata keçirilməsi, insanlarda xof yaradılması üçün yaradılmış dəstədir. Bu, terror qrupudur. Onlar dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlər təşkil etmək, Konstitusiya quruluşunu dəyişmək istəyiblər".

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info