Millət vəkili: “Buna bir dəfəlik son qoymaq lazımdır”
Tarix: 01.12.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


“Nardaran hadisələri vaxtaşırı cəmiyyəti narahat edir, ona görə də bu hadisələr Azərbaycan dövlətinin qanunvericiliyinə müvafiq qaydada həll edilməlidir”.
Bunu “Trend”ə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, Nardarandakı dini icmaların qanuna uyğun şəkildə fəaliyyət göstərdiyini araşdırmaq lazımdır.
C.Feyziyev qeyd edib ki, əgər onlar dini icmadırsa, dini qurumlar haqqında Azərbaycan respublikasının qanununa müvafiq şəkildə Qafqaz Müsəlmanları İdarəsinin təlimatları və qərarlarına uyğun olaraq fəaliyyətlərini qurmalıdırlar: “Onlar fəaliyyətlərini bu şəkildə qurarlarsa, hər hansı problemlər də olmazdı. Ola bilməz ki, bir qrup insan bir qəsəbənin sakinlərini əsarətdə saxlasın, özünün iddia etdiyi idarəçilik üslubunu onlara tətbiq etsin. Yaxud onlardan Azərbaycan qanunlarından kənar hərəkətlər etməyi tələb etsin. Dini icma adı altında fəaliyyət göstərən qrup Azərbaycan dövlətinin, ölkə başçısının humanist mövqeyindən istifadə edir. Buna bir dəfəlik son qoymaq lazımdır”.
Millət vəkili hesab edir ki, Nardarandakı son hadisələrdə istifadə edilən silahlar, dövlət təmsilçilərinə qarşı hücumlar onların din pərdəsi altında ölkədə pozuculuq fəaliyyəti göstərmək təşəbbüsündən xəbər verir: “Bu cür hərəkətləri həyata keçirən bütün şəxslər qanun qarşısında cavab verməlidirlər".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info